Əvvəlki aşınmış asfalt örtüyündə təkətlər tez isinirdilər və tez də yeyilirdilər. Yeni və hamar asfalt örtüyündə isə təkərləri qızdırmaq asan olmayıb. Maşınlar çox sürüşüb, sürücülər dəfələrlə səhvlərə yol veriblər. Onlar yeni örtüklə qış testlərində tanış olmuşdular, lakin o vaxt temperatur fərqli idi və təkərlər də daha yumşaq idilər.
Cümə günü sərbəst yürüşlərdə əvvəlcə Bottas, sonra isə Həmilton protokollara başçılıq ediblər. Bu gün səhər Lyuis yenə də hamıdan sürətli olub. Üçüncü sessiyada Brendon Hartli ağır qəza edib. Mexaniklər onun maşınını sıralanma turuna qədər hazır vəziyyətə gətirə bilməyiblər və yeni zelandiyalı sürücü sıralanma turunu buraxmalı olub.
Birinci sessiyada McLaren sürücüləri Medium, Force İndia sürücüləri Soft, digərləri isə SuperSoft təkərlərlə trasa çıxıblar. Rəykkönen ilk cəhddə hamıdan sürətli olsa da, daha sonra komanda yoldaşı Fettel onu üstələyərək sessiyanın ən yaxşı nəticəsini göstərib – 1:17.031.
Hülkenberqin maşınının yanacaq sistemində problem yaranıb. O, boksa qayıdıb. Bir qədər sonra yenidən trasa çıxsa da, növbəti sessiyaya keçmək üçün lazım olan nəticəni əldə edə bilməyib. İkinci cəhddə hamı SuperSoft təkərlərə keçib. Vaxt bitdikdən sonra sürətli dövrəsində olan Stroll çınqıllığa düşüb. Onunla birlikdə, Hülkenberq, Eriksson və Sirotkin də mübarizəni dayandırıblar.
İkinci sessiyada Mercedes, Ferrari, Red Bull və Haas sürücüləri ilə yanaşı, Vandorn da Soft tərkiblə boksları tərk ediblər. Fettel ilk cəhddə 1:16.802-lik nəticə göstərib və bu, alman sürücüyə protokollara başçılıq etməsi üçün kifayət edib. Həmilton daha sonra SuperSoft təkərlərə keçsə də, nəticəsini yaxşılaşdıra bilməyib. Vandorn, Qasli, Okon, Lekler və Peres ilk onluğa düşməyiblər.
Son sessiyada bütün sürücülər SuperSoft təkərləri seçiblər. Həmilton ilk cəhddə hamıdan sürətli olub. İkinci cəhdlərdə Rikkardo, Fettel, Alonso və Rəykkönen Soft təkərlərə, Həmilton isə yeni SuperSoft dəstinə keçib. Britaniyalı göstəricisini daha da yaxşılaşdırıb – 1:16.173. Son sektorda porebriklərin üstünə çıxan Bottas ona cəmi 0.04 saniyə uduzub. Fettel üçüncü ən yaxşı nəticəni göstərib.
Beləliklə, Lyuis Həmilton mövsümdə ikinci, Barselonada ardıcıl üçüncü, karyerasında isə 74-cü poulunu qazanıb. Mercedes sürücüləri startda ilk, Ferrari sürücüləri ikinci, Red Bull sürücüləri isə üçüncü cərgəni tutublar. Sabah çox maraqlı yarış olacaq!
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 5 | 1:17.633 | 3 | 4 | 1:17.166 | 7 | 1:16.173 | 7 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 6 | 1:17.674 | 4 | 3 | 1:17.111 | 3 | 1:16.213 | 7 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1 | 1:17.031 | 7 | 1 | 1:16.802 | 3 | 1:16.305 | 6 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 3 | 1:17.483 | 6 | 2 | 1:17.071 | 3 | 1:16.612 | 6 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 2 | 1:17.411 | 5 | 5 | 1:17.266 | 5 | 1:16.816 | 5 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 4 | 1:17.623 | 5 | 7 | 1:17.638 | 6 | 1:16.818 | 8 |
7 | 20 | Kevin Maqnussen | Haas | 7 | 1:18.169 | 10 | 6 | 1:17.618 | 9 | 1:17.676 | 8 |
8 | 14 | Fernando Alonso | McLaren | 8 | 1:18.276 | 9 | 10 | 1:18.100 | 6 | 1:17.721 | 6 |
9 | 55 | Karlos Sayns | Renault | 10 | 1:18.480 | 4 | 9 | 1:17.803 | 8 | 1:17.790 | 7 |
10 | 8 | Roman Qrojan | Haas | 9 | 1:18.305 | 10 | 8 | 1:17.699 | 8 | 1:17.835 | 8 |
11 | 2 | Stoffel Vandorn | McLaren | 15 | 1:18.885 | 10 | 11 | 1:18.323 | 8 | ||
12 | 10 | Pyer Qasli | Toro Rosso | 11 | 1:18.550 | 10 | 12 | 1:18.463 | 6 | ||
13 | 31 | Esteban Okon | Force İndia | 14 | 1:18.813 | 10 | 13 | 1:18.696 | 8 | ||
14 | 16 | Şarl Lekler | Sauber | 12 | 1:18.661 | 10 | 14 | 1:18.910 | 5 | ||
15 | 11 | Serxio Peres | Force İndia | 13 | 1:18.740 | 10 | 15 | 1:19.098 | 8 | ||
16 | 27 | Niko Hülkenberq | Renault | 16 | 1:18.923 | 6 | |||||
17 | 9 | Markus Eriksson | Sauber | 17 | 1:19.493 | 9 | |||||
18 | 35 | Sergey Sirotkin | Williams | 18 | 1:19.695 | 10 | |||||
19 | 18 | Ləns Stroll | Williams | 19 | 1:20.225 | 9 | |||||
20 | 28 | Brendon Hartli | Toro Rosso | 20 | – | 0 |