Cümə axşamı konfrans otağına dörd sürücü dəvət olunub: Fernando Alonso (McLaren), Brendon Hartli (Toro Rosso), Serxio Peres (Force İndia) və Karlos Sayns (Renault).
Cümə günü isə iki sərbəst yürüş sessiyası arasında fasilə zamanı motor istehsalçıları jurnalistlərin suallarını cavablandıracaqlar: Siril Abitebul (Renault), Mattia Binotto (Ferrari), Əndi Kauell (Mercedes) və Toyoharu Tanabe (Honda).
F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…