İspaniya-2018: Həftəsonuna hava proqnozu

Barselonada həftəsonuna son hava proqnozu isti və küləkli hava vəd edir.

F-1.az avtodromun rəsmi səhifəsinə istinadən bildirir ki, cümə günü sürəti saniyədə 10 metrə çatan külək sürücülərin məşqlərinə mane ola bilər. Günorta termometrlər +20 dərəcəni göstərəcklər, yağıntı isə gözlənilmir.

Şənbə günü səmanı buludlar örtəcək, külək bir qədər zəifləyəcək, temperatur +19 dərəcəyə düşəcək – yağıntının yağma ehtimalı isə 20% təşkil edəcək. Elə bazar günü də komandalar eyni hava şəraitində işləməli olacaqlar, sadəcə külək bir qədər də zəifləyəcək.

Bir daha xatırladaq ki, keçən il Barselonada bütün sessiyalar quru havada baş tutmuşdular.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*