F-1.az bildirir ki, Barselonada mübarizə Mercedes və Ferrari arasında getsə də, pit-stop yarışında Red Bull və Williams komandaları daha sürətli olublar. Belə görünür ki, Williams-ın bu mövsüm uğur qazana biləcəyi yeganə mübarizə elə budur.
Red Bull mexanikləri Daniel Rikkardonun yeganə pit-stopu zamanı hamıdan yaxşı işləyiblər – 2.26 saniyə. Maks Ferstappenin maşınına isə 2.38 saniyə ərzində xidmət göstəriblər ki, bu da ən yaxşı üçüncü nəticə olub. Qrouv təmsilçisinin mexanikləri Strollun pit-stop əməliyyatını 2.36 saniyə ərzində başa vurublar.
Sergey Sirotkin və Fernando Alonso üçün edilən pit-stoplar 2.49 saniyə vaxt alıb. Son yarışlarda uğur qazanan Sauber bu dəfə pit-stop yarışında da pis nəticə göstərməyib və iki nəticə ilə ilk onluğa düşüb.