F-1.az xəbər verir ki, həmin güc qurğusu başqa bir yeni güc qurğusu ilə əvəzlənib. Lakin bu dəfə də soyutma sistemində problem olub və finlandiyalının maşınına ilk dörd yarışdakı motor qoyulub. Valtteri bugünkü məşqlərin yalnız son 8 dəqiqəsində boksu tərk edə bilib.
Qalan sürücülər sessiyanın əvvəlindən işləməyə başlayıblar. Cümə günü komandalar keçənilki ilə müqayisədə daha sərt təkərlərin asfaltla ilişməsinin az olmasından şikayətlənirdilər. Bu gün isə onlar düzgün sazlanmaların tapılması üzərində işləyiblər. Sürücülər trasa əvvəlcə Hard və Medium təkərlərlə çıxıblar, lakin sonra sıralanma turuna hazırlıq məqsədi ilə Soft təkərlərə keçiblər, çünki Barselonada yarışa pouldan başlamaq olduqca vacibdir.
Sessiya sakit keçib. Ferrari telemetriyada Sebastyan Fettelin maşınında problem olduğunu görüb və alman sürücü pit yolununun çıxışında dayanıb və maşını boksa qaytarmalı olub.
Kimi Rəykkönen protokollara başçılıq edib – 1:20.214. Bizi çox maraqlı sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:20.214 | – | 20 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:20.456 | + 0:00.242 | 7 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:20.595 | + 0:00.381 | 12 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:20.868 | + 0:00.654 | 7 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:21.025 | + 0:00.811 | 14 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:21.249 | + 0:01.035 | 15 |
7 | 27 | Niko Hülkenberq | Renault | 1:21.670 | + 0:01.456 | 13 |
8 | 19 | Felipe Massa | Williams | 1:21.746 | + 0:01.532 | 19 |
9 | 55 | Karlos Sayns | Toro Rosso | 1:21.835 | + 0:01.621 | 19 |
10 | 14 | Fernando Alonso | McLaren | 1:22.093 | + 0:01.879 | 16 |
11 | 8 | Roman Qrojan | Haas | 1:22.128 | + 0:01.914 | 21 |
12 | 20 | Kevin Maqnussen | Haas | 1:22.214 | + 0:02.000 | 12 |
13 | 11 | Serxio Peres | Force İndia | 1:22.237 | + 0:02.023 | 19 |
14 | 31 | Esteban Okon | Force İndia | 1:22.297 | + 0:02.083 | 22 |
15 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:22.391 | + 0:02.177 | 15 |
16 | 9 | Markus Eriksson | Sauber | 1:22.513 | + 0:02.299 | 20 |
17 | 18 | Ləns Stroll | Williams | 1:22.574 | + 0:02.360 | 19 |
18 | 30 | Colion Palmer | Renault | 1:22.755 | + 0:02.541 | 13 |
19 | 2 | Stoffel Vandorn | McLaren | 1:22.853 | + 0:02.639 | 15 |
20 | 94 | Paskal Verlyayn | Sauber | 1:22.974 | + 0:02.760 | 19 |