İspaniya-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Barselonada da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, bu il təşkilatçılar 10-cu, 13-cü və 15-ci döngələrin çıxışında süni ot örtüyünü yığışdıraraq, buraya 50 mm hündürlüyü olan porebriklər quraşdırıblar. Bundan başqa 12-ci döngənin çıxışında da süni ot örtüyü yığışdırılıb, buradakı çınqıllı təhlükəsizlik zonasına beton döşənib. MotoGP çempionatı üçün 14-cü və 15-ci döngələr arasındakı şikanada quraşdırılmış 25 mm-lik porebriklər F1 maşınları üçün problem olmamalıdır.

Hər il olduğu kimi, sürücülər arxa qanadın hərəkətli elementindən iki sahədə yararlana biləcəklər – start düzlüyündə və doqquzuncu döngədən sonrakı düzlükdə. Maşınlar arasında intervalın birinci ölçmə nöqtəsi Təhlükəsizlik Maşınının xəttində, DRS-in aktivasiya nöqtəsi isə son döngədən 157 metr sonra yerləşir. İkinci deteksiya nöqtəsi doqquzuncu döngəyə 86 metr qalmış, DRS-in aktivasiya nöqtəsi isə döngədən 40 metr sonra yerləşir.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*