Üç ildən sonra Pedralbes yenidən mövsümün son yarışını qəbul etdi, amma 1955-ci il Le Man marafonunda baş verən faciə traslara olan təhlükəsizlik tələblərini artırdı və Pedralbes təqvimdən çıxarıldı.
1966-cı ildə kataloniyalılar çempionatda iştirak etmək üçün Madrid yaxınlığındakı Xarama trasına alternativ olaraq Monjuik şəhər trasını hazırladılar. Amma Formula1 yarışı İspaniyaya 1968-ci ildə Xaramada qayıtdı, bu yarışda qələbəni Qrəhəm Hill bayram etdi. Bir il sonra artıq Monjuikdə baş tutan milli yarış Ceki Styuartın qələbəsi ilə başa çatdı – cəmi 5 sürücü finiş görmüşdü.
Bundan sonra İspaniya Qran Prisi növbə ilə bu traslarda keçirilməyə başladı. 1975-ci ildə Monjuikdə qalmaqal yaşandı: təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması üzündən sürücülər trasa çıxmaqdan imtina etmişdilər. Bu səbəb üzündən şənbə günü sıralanma turu qısaldıldı, yarış isə 75 dövrədən sonra deyil, cəmi 30 dövrədən sonra dayandırılmışdı – Hill komandasının sürücüsü Rolf Ştommelenin qəzası beş tamaşaçının ölümü ilə nəticələnmişdi. Beləliklə, Formula1 Monjuiki əbədi tərk etdi.
1986-cı ilin oktyabrında Kataloniyanın parlamenti Formula1-i öz torpaqlarına qaytarmaq məsələsini müzakirə edərək yeni avtodrom tikmək barədə qəbul edir. Düzdür, bir müddət cənublular bu layihənin reallaşdırılmasına mane oldular – 1986-cı ildən 1990-cı ilədək milli Qran Pri Xeres de la Frontera trasında keçirildi.
Amma kataloniyalılar istəklərindən dönmədilər: Barselonanın şimalında torpaq sahəsi alındı, 1989-cu il fevralın 24-də Circuit de Catalunya trasının ilk daşı bünövrəyə qoyuldu. Kral Avtomobil Klubu, Kataloniya hökuməti və yaxınlıqdakı Monmelo şəhərinin bələdiyyəsi maliyyə məsələlərini həll etdilər.
1991-ci il sentyabrın 29-da 16 illik fasilədən sonra Formula1 Katalunyaya qayıtdı. Trasın coğrafi mövqeyi və konfiqurasiyası ilin istənilən vaxtında trasda testlər keçirməyə imkan verdi.
FORMULA 1 GRAN PREMIO DE ESPAÑA PIRELLI 2017 | ||||
Tarix | Tras | Dövrənin uzunluğu | Dövrələrin sayı | Yarış məsafəsi |
12-14 may 2017 | Circuit de Catalunya | 4655 m | 66 | 307.104 km |
Rəsmi sayt |
TRASIN XARAKTERİSTİKASI
Barselona trası maşınların effektivliyini dəyərləndirmək üçün ideal trasdır – tras aerodinamikaya çox tələbkadır, müxtəlif tipli döngələrdən ibarətdir, ona görə də əgər maşın Barselonada sürətli olarsa, mövsümün sonuna qədər əksər traslarda sürətli olacaq.
Formula1 təqviminin Avropa hissəi artıq neçə illərdir ki, məhz Barselonada başlayır. Məhz Barselonaya komandalar ilk dəfə motorhoumlarını gətirirlər. Həmişə mövsümün bu yarışına komandalar tam paket yeniliklər hazırlayırlar. Maşınların sazlanması zamanı komandalar üstünlüyü sıralanma turuna verirlər – Barselonada start mövqeyi çox önəmlidir, son 20 ildə bu trasda yalnız 4 dəfə poul qazanmayan sürücü qələbəyə sevinib.
2016-cı ilin İspaniya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr | ||||
Sessiya | Hava | Sürücü | Komanda | Zaman |
1-ci sərbəst yürüşlər | Günəşli. Quru | Sebastyan Fettel | Ferrari | 1:23.951 |
1-ci sərbəst yürüşlər | Buludlu. Quru | Niko Rosberq | Mercedes AMG | 1:23.922 |
1-ci sərbəst yürüşlər | Günəşli. Quru | Niko Rosberq | Mercedes AMG | 1:23.078 |
Sıralanma turu | Günəşli. Quru | Lyuis Həmilton | Mercedes AMG | 1:22.000 |
Yarışda sürətli dövrə | Buludlu. Quru | Daniil Kvyat | Toro Rosso | 1:26.948 |
TELEYAYIM
F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün İspaniya Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Əgər bu kanalda canlı yayımlamaq mümkün olmasa, onda siqnal Mədəniyyət kanalına ötürüləcək. Bazar günü yarışdan əvvəl isə “Formula1 Dünyası” verilişinin növbəti buraxılışı göstəriləcək. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…
İspaniya Qran Prisinin sessiyaları, Bakı vaxtılə | |||
Tarix | Sessiya | Zaman | TV |
12 may | 1-ci sərbəst yürüşlər | 12:00 | – |
12 may | 2-ci sərbəst yürüşlər | 16:00 | – |
13 may | 3-cü sərbəst yürüşlər | 13:00 | – |
13 may | Sıralanma turu | 16:00 | 15:50 |
14 may | Yarış | 16:00 | 15:30 |
HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ
Pirelli şirkəti Barselonaya ən bərk üçlüyünü – Hard, Medium və Soft tərkiblərini gətirəcək, ilk iki tərkib məcburi elan olunub, yəni onlardan hər hansı birindən mütləq yarışın gedişində istifadə olunmalıdır.
Reqlamentdəki ciddi dəyişikliklərdən sonra komandalar ilk 5 yarış üçün güzəşt əldə ediblər – Pirelli mövsümdə sonuncu dəfə sürücülərin əvəzinə seçim edib və hər bir sürücüyə 2 dəst Hard, 4 dəst Medium və 7 dəst Soft təkərlər verəcək.
STATİSTİKA
Hazırkı pilotların İspaniya Qran Prisində nəticələri | |||||
Pilot | QP | Xallar | Poul | Podium | Qələbə |
F.Alonso | 15 | 120 | 1 | 7 | 2 |
S.Fettel | 9 | 107 | – | 4 | 1 |
K.Rəykkönen | 14 | 91 | 2 | 5 | 2 |
L.Həmilton | 10 | 79 | 2 | 5 | 1 |
F.Massa | 14 | 63 | 1 | 3 | 1 |
D.Rikkardo | 6 | 34 | – | 1 | – |
V.Bottas | 5 | 32 | – | – | – |
M.Ferstappen | 2 | 25 | – | 1 | 1 |
R.Qrojan | 5 | 20 | – | – | – |
S.Peres | 6 | 12 | – | – | – |
K.Sayns | 2 | 10 | – | – | – |
D.Kvyat | 3 | 2 | – | – | – |
N.Hülkenberq | 7 | 2 | – | – | – |
M.Eriksson | 3 | – | – | – | – |
K.Maqnussen | 2 | – | – | – | – |
C.Palmer | 2 | – | – | – | – |
P.Verlyayn | 1 | – | – | – | – |
L.Stroll | – | – | – | – | – |
S.Vandorn | – | – | – | – | – |
E.Okon | – | – | – | – | – |
İspaniya Qran Prisinin qalibləri | |||||
Tarix | Tras | Poul | Qələbə | ||
15.05.2016 | Katalunya | L.Həmilton | Mercedes AMG | M.Ferstappen | Red Bull |
10.05.2015 | Katalunya | N.Rosberq | Mercedes AMG | N.Rosberq | Mercedes AMG |
11.05.2014 | Katalunya | L.Həmilton | Mercedes AMG | L.Həmilton | Mercedes AMG |
12.05.2013 | Katalunya | N.Rosberq | Mercedes AMG | F.Alonso | Ferrari |
13.05.2012 | Katalunya | P.Maldonado | Williams | P.Maldonado | Williams |
22.05.2011 | Katalunya | M.Uebber | Red Bull | S.Fettel | Red Bull |
09.05.2010 | Katalunya | M.Uebber | Red Bull | M.Uebber | Red Bull |
10.05.2009 | Katalunya | C.Batton | Brawn GP | C.Batton | Brawn GP |
27.04.2008 | Katalunya | K.Rəykkönen | Ferrari | K.Rəykkönen | Ferrari |
13.05.2007 | Katalunya | F.Massa | Ferrari | F.Massa | Ferrari |
14.05.2006 | Katalunya | F.Alonso | Renault | F.Alonso | Renault |
08.05.2005 | Katalunya | K.Rəykkönen | McLaren | K.Rəykkönen | McLaren |
09.05.2004 | Katalunya | M.Şumaxer | Ferrari | M.Şumaxer | Ferrari |
04.05.2003 | Katalunya | M.Şumaxer | Ferrari | M.Şumaxer | Ferrari |
28.04.2002 | Katalunya | M.Şumaxer | Ferrari | M.Şumaxer | Ferrari |
29.04.2001 | Katalunya | M.Şumaxer | Ferrari | M.Şumaxer | Ferrari |
07.05.2000 | Katalunya | M.Şumaxer | Ferrari | M.Həkkinen | McLaren |
09.05.1999 | Katalunya | M.Həkkinen | McLaren | M.Həkkinen | McLaren |
10.05.1998 | Katalunya | M.Həkkinen | McLaren | M.Həkkinen | McLaren |
25.05.1997 | Katalunya | J.Vilnöv | Williams | J.Vilnöv | Williams |
02.06.1996 | Katalunya | D.Hill | Williams | M.Şumaxer | Ferrari |
14.05.1995 | Katalunya | M.Şumaxer | Benetton | M.Şumaxer | Benetton |
29.05.1994 | Katalunya | M.Şumaxer | Benetton | D.Hill | Williams |
09.05.1993 | Katalunya | A.Prost | Williams | A.Prost | Williams |
03.05.1992 | Katalunya | N.Mənsell | Williams | N.Mənsell | Williams |
29.09.1991 | Katalunya | G.Berger | Ferrari | N.Mənsell | Williams |
30.09.1990 | Xeres | A.Senna | McLaren | A.Prost | Ferrari |
01.10.1989 | Xeres | A.Senna | McLaren | A.Senna | McLaren |
02.10.1988 | Xeres | A.Senna | McLaren | A.Prost | McLaren |
27.09.1987 | Xeres | N.Pike | Williams | N.Mənsell | Williams |
13.04.1986 | Xeres | A.Senna | Lotus | A.Senna | Lotus |
21.06.1981 | Xarama | J.Laffit | Ligier | J.Vilnöv | Ferrari |
29.04.1979 | Xarama | J.Laffit | Ligier | P.Depaye | Ligier |
04.06.1978 | Xarama | M.Andretti | Lotus | M.Andretti | Lotus |
08.05.1977 | Xarama | M.Andretti | Lotus | M.Andretti | Lotus |
02.05.1976 | Xarama | C.Hant | McLaren | C.Hant | McLaren |
27.04.1975 | Monjuik | N.Lauda | Ferrari | Y.Massa | McLaren |
28.04.1974 | Xarama | N.Lauda | Ferrari | N.Lauda | Ferrari |
29.04.1973 | Monjuik | R.Peterson | Lotus | E.Fittipaldi | Lotus |
01.05.1972 | Xarama | J.İks | Ferrari | E.Fittipaldi | Lotus |
18.04.1971 | Monjuik | J.İks | Ferrari | C.Styart | Tyrrell |
19.04.1970 | Xarama | C.Brəbhəm | Brabham | C.Styuart | March |
04.05.1969 | Monjuik | Y.Rindt | Lotus | C.Styuart | Matra |
12.05.1968 | Xarama | K.Eymon | Ferrari | Q.Hill | Lotus |
24.10.1954 | Pedralbes | A.Askari | Lancia | M.Hotorn | Ferrari |
28.10.1951 | Pedralbes | A.Askari | Ferrari | X.M.Fanxio | Alfa Romeo |