İspaniya-2017: İkinci sərbəst yürüşlər

Nahardan əvvəl yenilikləri yoxlayan komandalar fasilədən sonra uzun dövrələr seriyasında işləməyə başlayıblar, əsas məqsəd təkərlərin uzun məsafədə effektivliyinin və yeyilməsinin dəyərləndirilməsi olub.

McLaren komandasının mexanikləri nahardan əvvəl bir neçə metr məsafə qət etmiş Alonsonun maşınında güc qurğusunu dəyişməli olublar – ispaniyalı sürücünün maşınında yağ sızması baş verib. Honda problemin səbəblərini sonra araşdıracaq, indi isə sadəcə qurğunu dəyişməklə kifayətləniblər. Tribunalara toplaşmış azarkeşlərin sevimli sürücüsü sessiyanın ilk yarım saatını gözləməli olsa da, sonra da kifayət qədər işləyə bilməyib.

Ferstappen 9-cu döngədə trasdan çıxaraq çınqıllığa düşüb, amma trasa qayıdaraq işini davam etdirə bilib. Sessiyanın sonuna yarım saat qalmış marşallar qırmızı bayraqlara əl atıblar – Karlos Sayns porebrikə hücum etdikdən sonra trasda qalan maşından ayrılan elementi trasdan götürmək lazım gəlib. Sürücülər uzun dövrələr seriyalarına ara verərək boksa qayıdıblar, amma qısa fasilədən sonra işlərini davam etdiriblər.

F-1.az bildirir ki, son dəqiqələrdə Fettel 4-cü döngənin çıxışında trasdan çıxıb və güclü küləyə gileylənib.

Medium-la sessiyaya başlayan sürücülər Soft təkərlərə keçən kimi sürətlər də artıb. Səhər olduğu kimi, Həmilton protokollara başçılıq edib – 1:20.802, trasın mütləq rekorduna bir saniyədən az qalıb.

Sabah məşqlər davam edəcək…

Yer N Sürüüc Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:20.802 39
2 77 Valtteri Bottas Mercedes AMG 1:20.892 + 0:00.090 38
3 7 Kimi Rəykkönen Ferrari 1:21.112 + 0:00.310 34
4 5 Sebastyan Fettel Ferrari 1:21.220 + 0:00.418 36
5 33 Maks Ferstappen Red Bull 1:21.438 + 0:00.636 29
6 3 Daniel Rikkardo Red Bull 1:21.585 + 0:00.783 35
7 27 Niko Hülkenberq Renault 1:21.687 + 0:00.885 40
8 30 Colion Palmer Renault 1:21.992 + 0:01.190 43
9 19 Felipe Massa Williams 1:22.015 + 0:01.213 38
10 55 Karlos Sayns Toro Rosso 1:22.265 + 0:01.463 34
11 8 Roman Qrojan Haas 1:22.371 + 0:01.569 36
12 31 Esteban Okon Force İndia 1:22.520 + 0:01.718 37
13 2 Stoffel Vandorn McLaren 1:22.693 + 0:01.891 36
14 11 Serxio Peres Force İndia 1:22.722 + 0:01.920 32
15 20 Kevin Maqnussen Haas 1:23.007 + 0:02.205 32
16 9 Markus Eriksson Sauber 1:23.082 + 0:02.280 37
17 18 Ləns Stroll Williams 1:23.221 + 0:02.419 35
18 26 Daniil Kvyat Toro Rosso 1:23.236 + 0:02.434 27
19 94 Paskal Verlyayn Sauber 1:23.599 + 0:02.797 31
20 14 Fernando Alonso McLaren 1:24.077 + 0:03.275 21
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*