F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü havanın bir qədər buludlu olacağı gözlənilir, temperatur +22 dərəcəyə qədər qalxacaq. Yağış ehtimalı 10%-dir. Şənbə günü göyün üzü açıq, yarışın baş tutacağı bazar günü isə dəyişkən buludlu olacaq. Hər iki gündə havanın hərarəti +23 dərəcəni keçməyəcək.
Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.