F-1.az xəbər verir ki, yarışa ikinci yerdən başlayan, startda liderliyə yüksələrək qələbəyə ən yaxın sürücü olan, lakin yarışın sonunda Həmiltona keçilərək ikinci olan Sebastyan Fettel “Günün Sürücüsü” seçilib. Sebastyan cari mövsümdə bu ada Avstraliya və Bəhreyn Qran Prilərindən sonra üçüncü dəfədir ki, layiq görülür.
Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.
Yarış | Günün Sürücüsü |
Avstraliya Qran Prisi | Sebastyan Fettel |
Çin Qran Prisi | Maks Ferstappen |
Bəhreyn Qran Prisi | Sebastyan Fettel |
Rusiya Qran Prisi | Valtteri Bottas |
İspaniya Qran Prisi | Sebastyan Fettel |