İspaniya-2017: Bukmeyker cədvəlləri

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər bu il baş tutan bütün yarışlarda olduğu kimi, İspaniyada da Lyuis Həmiltonu əsas favorit hesab edirlər. Rusiya Qran Prisində qalib gəlmiş Valtteri Bottasın şansları isə ondan 2-3 dəfə az qiymətləndirilib. Onlar Fetteli də qələbəyə yaxın hesab edirlər.

İspaniya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.37
Sebastyan Fettel 2.50
Valtteri Bottas 6.00
Kimi Rəykkönen 13.00
Maks Ferstappen 19.00
Daniel Rikkardo 21.oo

 

William Hill bu mövsüm ilk dəfə Fetteli titula əsas namizəd kimi göstərib. Ferrari-nin alman sürücüsü ilk dörd yarışdan sonra çempionatdakı əsas rəqibi Həmiltonu 13 xal qabaqlayır. Bir həftə əvvəl ilk qələbəsini qazanan Bottasın şansları isə keçən dəfəki proqnozla müqayisədə 2.5 dəfə çox qiymətləndirilib.

Çempionatda qələbə (sürücülər)
Sebastyan Fettel 1.83
Lyuis Həmilton 2.50
Valtteri Bottas 9.00
Kimi Rəykkönen 34.00
Daniel Rikkardo, Maks Ferstappen 51.00

 

Mühəndislər Kubokunda Mercedes AMG komandası Ferrari-ni bir xalla üstələyir. Bukmeykerlər üçün bu kifayətdir ki, son üç ilin çempionunu kubokun əsas namizədi hesab etsinlər.

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.67
Ferrari 2.10
Red Bull 67.00
Williams 1501.00
Force İndia, Haas 2001.00
Toro Rosso, Renault, Sauber, McLaren 2501.00
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*