F-1.az xəbər verir ki, həftəsonunun ən çox müzakirə olunan mövzusu Red Bull rəhbərliyinin reallaşdırdığı rokirovka olub – Soçi yarışından sonra Maks Ferstappen ana komandaya, Daniil Kvyat isə törəmə komandaya keçirilmişdilər.
Start düzlüyündə ilk cərgəni Mercedes AMG sürücüləri tutublar – Lyuis Həmilton mövsümdə 3-cü poulunu qazanıb. İkinci cərgəni gözlənilmədən Red Bull komandası zəbt edib – Rikkardo həlledici cəhdində Ferstappeni üstələyib. Ferrari komandası isə sürətli dövrədə təkərləri ram edə bilmədiyi üçün 3-cü cərgə ilə qane olub – Rəykkönen mövsümdə ikinci dəfə Fetteldən sürətli olub.
Pirelli mövsümdə ilk dəfə Qran Priyə bərk üçlüyünü – Hard, Medium və Soft tərkiblərini gətirib. Sıralanma turunda komandalar Soft-a üstünlük versələr də, yarışda onunla bərabər Medium-a uzun məsafələrdə ümid bəslənirdi. Startda yalnız Haryanto maşınına ağ (Medium) təkərləri taxıb, qalan sürücülərin maşınında sarı (Soft) təkərlər olub.
Startda Rosberq Həmiltonu keçərək birinci döngədə liderliyi ələ alıb, Sayns hər iki Ferrari sürücüsünü qabaqlayıb, Fettel isə komanda yoldaşını üstələyib. Növbəti döngələrdə Lyuis liderliyini geri qaytarmağa çalışıb, Niko onu otluğa sıxışdırıb və Mercedes sürücülər toqquşaraq mübarizədən kənar qalıblar. Təhlükəsizlik Maşını (SC) trasa çıxıb. SC-nin arxasında ilk onluq: Rikkardo – Ferstappen – Sayns – Fettel – Rəykkönen – Bottas – Peres – Batton – Alonso – Qrojan.
4-cü dövrədə restart elan olunub, heç bir ötmə qeydə alınmayıb. Mühəndislər Kvyatdan xahiş ediblər ki, SC-nin arxasında etdiyi ötməyə görə, sürücü Hülkenberq və Maqnusseni irəli buraxsın.
Rikkardo özünü DRS məsafəsindən sığortalaya bilib. 8-ci dövrədə Fettel Saynsı keçərək 3-cü yerə yüksəlib. 9-cu dövrədə isə Massa pit-stoplar dalğasına start verib – bir dövrə sonra Peres, Kvyat və Eriksson da boksa tələsiblər. Rəykkönen isə Saynsı keçərək 4-cülüyə yüksəlib.
11-ci dövrədə Sayns, Batton, Hülkenberq və Maqnussen, 12-ci dövrədə Rikkardo, Alonso, Palmer və Verlyayn ilk pit-stoplarını gerçəkləşdiriblər. Ferstappen karyerasında ilk dəfə yarışa başçılıq edib və tarixə ən gənc yarış lideri kimi düşüb. 13-cü dövrədə Ferstappen, Rəykkönen, Bottas və Nasr, 16-cı dövrədə Fettel və Qrojan yeni təkər dəstinə keçiblər. 18-ci dövrənin sonunda ilk onluq: Rikkardo – Ferstappen – Fettel – Rəykkönen – Bottas – Sayns – Peres – Batton – Alonso – Massa.
Pit-stopundan sonra Fettel sürətini artırıb və Maksla fərqi minimuma endirib. Hollandiyalı gənc sürücü isə Rikkardo ilə fərqi azaltmağa çalışıb. İlk dördlük sıx qrupda eyni tempdə yarışı davam etdiriblər, onların heç biri aşkar üstünlüyə malik olmayıb.
22-ci dövrədə Hülkenberqin maşını alovlanıb. 26-cı dövrədə Massa və Kvyat ikinci pit-stop dalğasına start veriblər. 29-cu dövrədə Rikkardo, 30-cu dövrədə Fettel və Qrojan ikinci dəfə boksa baş çəkiblər.
Yarışa başçılıq edən Maks və Kimi boksa tələsməyiblər və yalnız 35-ci dövrədə Ferstappen, bir dövrə sonra isə Rəykkönen boksa yollanıblar. Komanda yoldaşından iki dövrə sonra Fettel 3-cü dəfə mexaniklərinə qonaq olub – Soft tərkibi ilə qısa müddət trasda qalan almaniyalı sürücü Medium-la trasa qayıdıb.
38-ci dövrədə Sayns da ikinci dəfə pit-stop reallaşdırıb. 40-cı dövrədə Bottas və Alonso sonuncu dəfə yeni təkərlərə keçiblər. 40 dövrənin sonunda ilk onluq: Rikkardo – Ferstappen – Rəykkönen – Fettel – Bottas – Sayns – Peres – Qutyerres – Kvyat.
44-cü dövrədə yarışın lideri boksa yollanıb – Rikkardo Fettelin arxasında trasa qayıdıb.
47-ci dövrədə Fernando Alonso təhlükəsizlik zonasında dayanıb – güc qurğusu gözlənilmədən gücünü itirib.
Rəykkönen Ferstappenlə məsafəni azaldaraq DRS-dən istifadə etsə də, finlandiyalı sürücüyə hücum etmək şansı qismət olmayıb.
Rikkardo da Fettellə fərqi minimuma endirib, hətta bir neçə dəfə hücuma cəhd də edib, lakin sürət fərqi kifayət qədər olmadığı üçün Barselona trasında ötmək alınmayıb. Sürücülər isə səhvə yol verməyiblər.
58-ci dövrədə Qrojan boksda dayanıb. 60-cı dövrənin sonunda ilk onluq: Ferstappen – Rəykkönen – Fettel – Rikkardo – Bottas – Sayns – Peres – Massa – Qutyerres – Batton.
62-ci dövrədə Batton, bir dövrə sonra isə Kvyat Qutyerresi keçərək, meksikalı sürücünü ilk onluqdan çıxarıblar.
65-ci dövrədə Rikkardonun maşınında sol arxa təkər partlayıb – Bottas üzərində üstünlük kifayət edib ki, avstraliyalı sürücü yeni təkərlərlə finlandiyalı sürücünün önündə trasa qayıdıb.
Maks Ferstappen karyerasında ilk qələbəsini qazanmaqla Formula1 tarixində qələbə qazanmış ən gənc sürücü olub. Kimi Rəykkönen və Sebastyan Fettel podiumu tamamlayıblar.
İki həftədən sonra mübarizə Monakoda davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Pit |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:41:40.017 | 2 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:00.616 | 2 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:05.581 | 3 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | + 0:43.950 | 4 |
5 | 77 | Valtteri Bottas | Williams | + 0:45.271 | 2 |
6 | 55 | Karlos Sayns | Toro Rosso | + 1:01.395 | 2 |
7 | 11 | Serxio Peres | Force İndia | + 1:19.538 | 2 |
8 | 19 | Felipe Massa | Williams | + 1:20.707 | 3 |
9 | 22 | Censon Batton | McLaren | + 1 dövrə | 2 |
10 | 26 | Daniil Kvyat | Toro Rosso | + 1 dövrə | 3 |
11 | 21 | Esteban Qutyerres | Haas | + 1 dövrə | 2 |
12 | 9 | Markus Eriksson | Sauber | + 1 dövrə | 3 |
13 | 30 | Colion Palmer | Renault | + 1 dövrə | 2 |
14 | 12 | Felipe Nasr | Sauber | + 1 dövrə | 2 |
15 | 20 | Kevin Maqnussen (*) | Renault | + 1 dövrə | 3 |
16 | 94 | Paskal Verlyayn | Manor | + 1 dövrə | 2 |
17 | 88 | Rio Haryanto | Manor | + 1 dövrə | 2 |
* Kevin Maqnussenin yekun nəticəsinə 10 saniyə əlavə olunub.
Sürətli dövrə: Daniil Kvyat (Toro Rosso) – 1:26.948 (54-cü dövrə, 192.735 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Roman Qrojan | Haas | 57 | əyləc sistemi |
Fernando Alonso | McLaren | 47 | güc qurğusu |
Niko Hülkenberq | Force İndia | 22 | yağ sızıntısı |
Niko Rosberq | Mercedes AMG | 1 | qəza |
Lyuis Həmilton | Mercedes AMG | 1 | qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 6 | Niko Rosberq | Mercedes AMG F1 Team | 100 | |
2 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 61 | |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG F1 Team | 57 | |
4 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 48 | |
5 | 3 | Daniel Rikkardo | Red Bull Racing | 48 | |
6 | 33 | Maks Ferstappen | Red Bull Racing | 38 | |
7 | 19 | Felipe Massa | Williams Martini Racing | 36 | |
8 | 77 | Valtteri Bottas | Williams Martini Racing | 29 | |
9 | 26 | Daniil Kvyat | Scuderia Toro Rosso | 22 | |
10 | 8 | Roman Qrojan | Haas F1 Team | 22 | |
11 | 55 | Karlos Sayns | Scuderia Toro Rosso | 12 | |
12 | 14 | Fernando Alonso | McLaren Honda Formula 1 Team | 8 | |
13 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 8 | |
14 | 20 | Kevin Maqnussen | Renault Sport Formula 1 Team | 6 | |
15 | 27 | Niko Hülkenberq | Sahara Force İndia F1 Team | 6 | |
16 | 22 | Censon Batton | McLaren Honda Formula 1 Team | 3 | |
17 | 47 | Stoffel Vandorn | McLaren Honda Formula 1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG F1 Team | Mercedes | 157 |
2 | Scuderia Ferrari | Ferrari | 109 |
3 | Red Bull Racing | TAG Heuer | 94 |
4 | Williams Martini Racing | Mercedes | 65 |
5 | Scuderia Toro Rosso | Ferrari | 26 |
6 | Haas F1 Team | Ferrari | 22 |
7 | Sahara Force İndia F1 Team | Mercedes | 14 |
8 | McLaren Honda Formula 1 Team | Honda | 12 |
9 | Renault Sport Formula 1 Team | Renault | 6 |