İspaniya-2016: Williams növbəti dəfə ən sürətli pit-stopu edib

Williams komandası İspaniya yarışında da ən sürətli pit-stop edən komanda olub...

F-1.az xatırladır ki, keçən il pit-stoplardakı səhvlərə görə çoxlu xallar ititrən britaniyalılar bu il bokslarda rəqiblərinə aman vermirlər. İlk 4 yarışda ən sürətli pit-stop edən Williams komandası İspaniyada da uğurlu seriyanı davam etdirib.

Komanda Massanın pit-stopuna 2.12 saniyə vaxt sərf edib. İkinci ən sürətli pit-stop isə yenə də Williams komandasının aktivinə yazılıb – komanda Bottasın təkərlərini 2.22 saniyəyə dəyişdirib. Ferrari Fettelin pit-stopunu 2.36, Force İndia isə Peresin pit-stopunu 2.36, Red Bull isə Rikkardonun pit-stopunu 2.49 saniyəyə həyata keçirib.

Beləliklə, Williams komandası ilk 5 yarışın hamısında ən sürətli pit stop edərək, növbəti dəfə DHL Ən Sürətli Pit-Stop mükafatını qazanıb…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*