İrlandiyalı keçmiş sürücü Formula1-də 1989-cu ildə Fransa Qran Prisində Arrows komandasında zədələnmiş Derek Uoriki əvəzləməklə debüt etmişdi. 1990-cı ildə Lotus komandasına keçən marin Macarıstan Qran Prisində karyerasının ən yüksək nəticəsini – yeddinci yer göstərmişdi. Martinin qısa F1 karyerası Xeresdəki ciddi qəza ilə başa çatmışdı. Bundan sonra milli çempionatda çıxışe dən Martin Norfolkda özünün sürücülük akademiyasına başçılıq edir.
F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, mövsümün beşinci Qran Prisində iralndiyalı sürücü FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının üzvü, Çexiya avtoklubunun baş katibi Radovan Novaka və Amerika federasiyasının nümayəndəsi, McLaren komandasının keçmiş başçısının oğlu Tim Mayerə kömək edəcək…