İspaniya-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Barselonada da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, bu il təşkilatçılar birinci, ikinci, dördüncü, beşinci, doqquzuncu, on ikinci və on beşinci döngələrdə porebrikləri yeniləyiblər, drenaj sisteminin işini yaxşılaşdırıblar – bütün bu dəyişikliklər hələ mövsümöncəsi testlərdən əvvəl edilibmiş.

Keçən il olduğu kimi, sürücülər arxa qanadın hərəkətli elementindən iki sahədə yararlana biləcəklər – start düzlüyündə və doqquzuncu döngədən sonrakı düzlükdə. Maşınlar arasında intervalın birinci ölçülmə nöqtəsi Təhlükəsizlik Maşınının xəttində, DRS-in aktivasiya nöqtəsi isə son döngədən 157 metr sonra yerləşir. İkinci nöqtə doqquzuncu döngəyə 86 metr qalmış, DRS-in aktivasiya nöqtəsi isə döngədən 40 metr sonra yerləşir.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*