1966-cı ildə kataloniyalılar çempionatda iştirak etmək üçün Madrid yaxınlığındakı Xarama trasına alternativ olaraq Monjuik şəhər trasını hazırladılar. Amma Formula1 yarışı İspaniyaya 1968-ci ildə Xaramada qayıtdı, bu yarışda qələbəni Qrəhəm Hill bayram etdi. Bir il sonra artıq Monjuikdə baş tutan milli yarış Ceki Styuartın qələbəsi ilə başa çatdı – cəmi 5 sürücü finiş görmüşdü.
Bundan sonra İspaniya Qran Prisi növbə ilə bu traslarda keçirilməyə başladı. 1975-ci ildə Monjuikdə qalmaqal yaşandı: təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması üzündən sürücülər trasa çıxmaqdan imtina etmişdilər. Bu səbəb üzündən şənbə günü sıralanma turu qısaldıldı, yarış isə 75 dövrədən sonra deyil, cəmi 30 dövrədən sonra dayandırılmışdı – Hill komandasının sürücüsü Rolf Ştommelenin qəzası beş tamaşaçının ölümü ilə nəticələnmişdi. Beləliklə, Formula1 Monjuiki əbədi tərk etdi.
1986-cı ilin oktyabrında Kataloniyanın parlamenti Formula1-i öz torpaqlarına qaytarmaq məsələsini müzakirə edərək yeni avtodrom tikmək barədə qəbul edir. Düzdür, bir müddət cənublular bu layihənin reallaşdırılmasına mane oldular – 1986-cı ildən 1990-cı ilədək milli Qran Pri Xeres de la Frontera trasında keçirildi.
Amma kataloniyalılar istəklərindən dönmədilər: Barselonanın şimalında torpaq sahəsi alındı, 1989-cu il fevralın 24-də Circuit de Catalunya trasının ilk daşı bünövrəyə qoyuldu. Kral Avtomobil Klubu, Kataloniya hökuməti və yaxınlıqdakı Monmelo şəhərinin bələdiyyəsi maliyyə məsələlərini həll etdilər.
1991-ci il sentyabrın 29-da 16 illik fasilədən sonra Formula1 Katalunyaya qayıtdı. Trasın coğrafi mövqeyi və konfiqurasiyası ilin istənilən vaxtında trasda testlər keçirməyə imkan verdi.
FORMULA 1 GRAN PREMIO DE ESPAÑA PIRELLI 2016 | ||||
Tarix | Tras | Dövrənin uzunluğu | Dövrələrin sayı | Yarış məsafəsi |
13-15 may 2016 | Circuit de Catalunya | 4655 m | 66 | 307.104 km |
Rəsmi sayt |
TRASIN XARAKTERİSTİKASI
Barselona trası maşınların effektivliyini dəyərləndirmək üçün ideal trasdır – tras aerodinamikaya çox tələbkadır, müxtəlif tipli döngələrdən ibarətdir, ona görə də əgər maşın Barselonada sürətli olarsa, mövsümün sonuna qədər əksər traslarda sürətli olacaq.
Formula1 təqviminin Avropa hissəi artıq neçə illərdir ki, məhz Barselonada başlayır. Məhz Barselonaya komandalar ilk dəfə motorhoumlarını gətirirlər. Həmişə mövsümün bu yarışa komandalar tam paket yeniliklər hazırlayırlar. Həm də Barselona yarışından dərhal sonra ikigünlük mövsümiçi testlər də bu trasda baş tutacaq. Bu testlərdə komandalar qarşıdakı yarışlara və gələn ilə hazırladıqları yenilikləri də yoxlayacaqlar.
Maşınların sazlanması zamanı komandalar üstünlüyü sıralanma turuna verirlər – Barselonada start mövqeyi çox önəmlidir, son 15 ildə bu trasda yalnız 2 dəfə poul qazanmayan sürücü qələbəyə sevinib.
2015-ci ilin İspaniya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr | ||||
Sessiya | Hava | Sürücü | Komanda | Zaman |
1-ci sərbəst yürüşlər | Günəşli. Quru | Niko Rosberq | Mercedes AMG | 1:26.828 |
1-ci sərbəst yürüşlər | Günəşli. Quru | Lyuis Həmilton | Mercedes AMG | 1:26.852 |
1-ci sərbəst yürüşlər | Günəşli. Quru | Niko Rosberq | Mercedes AMG | 1:26.021 |
Sıralanma turu | Günəşli. Quru | Niko Rosberq | Mercedes AMG | 1:24.681 |
Yarışda sürətli dövrə | Günəşli. Quru | Lyuis Həmilton | Mercedes AMG | 1:28.270 |
TELEYAYIM
F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün İspaniya Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…
İspaniya Qran Prisinin sessiyaları, Bakı vaxtılə | |||
Tarix | Sessiya | Zaman | TV |
13 may | 1-ci sərbəst yürüşlər | 12:00 | – |
13 may | 2-ci sərbəst yürüşlər | 16:00 | – |
14 may | 3-cü sərbəst yürüşlər | 13:00 | – |
14 may | Sıralanma turu | 16:00 | 15:50 |
15 may | Yarış | 16:00 | 15:30 |
HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ
Barselonada asfalt çox coddur, ona görə də mövsümdə ilk dəfə Pirelli şirkəti komandalara ən bərk üçlüyü təqdim edəcək: Hard – Medium – Soft, ən bərk cütlük isə (Hard və Medium) yarış üçün “məcburi” elan olunub.
Çox şey asfaltın temperaturundan və ön təkərlərin yeyilməsindən asılı olacaq, keçən il komandalar iki və üç pit-stop seçmişdilər, qələbə qazanan Niko Rosberq isə təkərlərini iki dəfə dəyişdirmişdi. Bu il sürücülər 3 dəfə təkər dəyişməyə üstünlük verəcəklər, xüsusən də ilk onluğun ən yumşaq təkərlərlə start almasını nəzərə alsaq müxtəlif strategiyalar görəcəyik.
Sürücü | Komanda | Hard | Medium | Soft |
Lyuis Həmilton | Mercedes AMG | 1 | 5 | 7 |
Niko Rosberq | Mercedes AMG | 1 | 5 | 7 |
Sebastyan Fettel | Ferrari | 1 | 4 | 8 |
Kimi Rəykkönen | Ferrari | 1 | 4 | 8 |
Valtteri Bottas | Williams | 1 | 5 | 7 |
Felipe Massa | Williams | 1 | 5 | 7 |
Daniel Rikkardo | Red Bull | 2 | 4 | 7 |
Daniil Kvyat | Red Bull | 2 | 4 | 7 |
Niko Hülkenberq | Renault | 2 | 5 | 6 |
Serxio Peres | Renault | 2 | 5 | 6 |
Kevin Maqnussen | Force İndia | 2 | 4 | 7 |
Colion Palmer | Force İndia | 1 | 5 | 7 |
Maks Ferstappen | Toro Rosso | 1 | 6 | 6 |
Karlos Sayns | Toro Rosso | 2 | 5 | 6 |
Fernando Alonso | McLaren | 1 | 5 | 7 |
Censon Batton | McLaren | 1 | 5 | 7 |
Markus Eriksson | Sauber | 2 | 6 | 5 |
Felipe Nasr | Sauber | 2 | 6 | 5 |
Paskal Verlyayn | Manor | 2 | 5 | 6 |
Rio Haryanto | Manor | 2 | 5 | 6 |
Roman Qrojan | Haas | 2 | 3 | 8 |
Esteban Qutyerres | Haas | 1 | 4 | 8 |
Hazırkı pilotların İspaniya Qran Prisində nəticələri | |||||
Pilot | QP | Xallar | Poul | Podium | Qələbə |
F.Alonso | 14 | 120 | 1 | 7 | 2 |
S.Fettel | 8 | 92 | – | 3 | 1 |
L.Həmilton | 9 | 79 | 1 | 5 | 1 |
K.Rəykkönen | 13 | 73 | 2 | 4 | 2 |
N.Rosberq | 10 | 67 | 2 | 2 | 1 |
F.Massa | 13 | 59 | 1 | 3 | 1 |
C.Batton | 15 | 48 | 1 | 2 | 1 |
V.Bottas | 4 | 22 | – | – | – |
D.Rikkardo | 5 | 22 | – | 1 | – |
R.Qrojan | 4 | 20 | – | – | – |
S.Peres | 5 | 6 | – | – | – |
K.Sayns | 1 | 2 | – | – | – |
N.Hülkenberq | 6 | 2 | – | – | – |
D.Kvyat | 2 | 1 | – | – | – |
E.Qutyerres | 2 | – | – | – | – |
M.Eriksson | 2 | – | – | – | – |
M.Ferstappen | 1 | – | – | – | – |
K.Maqnussen | 1 | – | – | – | – |
F.Nasr | 1 | – | – | – | – |
C.Palmer | 1 | – | – | – | – |
P.Verlyayn | – | – | – | – | – |
R.Haryanto | – | – | – | – | – |
İspaniya Qran Prisinin qalibləri | |||||
Tarix | Tras | Poul | Qələbə | ||
10.05.2015 | Katalunya | N.Rosberq | Mercedes AMG | N.Rosberq | Mercedes AMG |
11.05.2014 | Katalunya | L.Həmilton | Mercedes AMG | L.Həmilton | Mercedes AMG |
12.05.2013 | Katalunya | N.Rosberq | Mercedes AMG | F.Alonso | Ferrari |
13.05.2012 | Katalunya | P.Maldonado | Williams | P.Maldonado | Williams |
22.05.2011 | Katalunya | M.Uebber | Red Bull | S.Fettel | Red Bull |
09.05.2010 | Katalunya | M.Uebber | Red Bull | M.Uebber | Red Bull |
10.05.2009 | Katalunya | C.Batton | Brawn GP | C.Batton | Brawn GP |
27.04.2008 | Katalunya | K.Rəykkönen | Ferrari | K.Rəykkönen | Ferrari |
13.05.2007 | Katalunya | F.Massa | Ferrari | F.Massa | Ferrari |
14.05.2006 | Katalunya | F.Alonso | Renault | F.Alonso | Renault |
08.05.2005 | Katalunya | K.Rəykkönen | McLaren | K.Rəykkönen | McLaren |
09.05.2004 | Katalunya | M.Şumaxer | Ferrari | M.Şumaxer | Ferrari |
04.05.2003 | Katalunya | M.Şumaxer | Ferrari | M.Şumaxer | Ferrari |
28.04.2002 | Katalunya | M.Şumaxer | Ferrari | M.Şumaxer | Ferrari |
29.04.2001 | Katalunya | M.Şumaxer | Ferrari | M.Şumaxer | Ferrari |
07.05.2000 | Katalunya | M.Şumaxer | Ferrari | M.Həkkinen | McLaren |
09.05.1999 | Katalunya | M.Həkkinen | McLaren | M.Həkkinen | McLaren |
10.05.1998 | Katalunya | M.Həkkinen | McLaren | M.Həkkinen | McLaren |
25.05.1997 | Katalunya | J.Vilnöv | Williams | J.Vilnöv | Williams |
02.06.1996 | Katalunya | D.Hill | Williams | M.Şumaxer | Ferrari |
14.05.1995 | Katalunya | M.Şumaxer | Benetton | M.Şumaxer | Benetton |
29.05.1994 | Katalunya | M.Şumaxer | Benetton | D.Hill | Williams |
09.05.1993 | Katalunya | A.Prost | Williams | A.Prost | Williams |
03.05.1992 | Katalunya | N.Mənsell | Williams | N.Mənsell | Williams |
29.09.1991 | Katalunya | G.Berger | Ferrari | N.Mənsell | Williams |
30.09.1990 | Xeres | A.Senna | McLaren | A.Prost | Ferrari |
01.10.1989 | Xeres | A.Senna | McLaren | A.Senna | McLaren |
02.10.1988 | Xeres | A.Senna | McLaren | A.Prost | McLaren |
27.09.1987 | Xeres | N.Pike | Williams | N.Mənsell | Williams |
13.04.1986 | Xeres | A.Senna | Lotus | A.Senna | Lotus |
21.06.1981 | Xarama | J.Laffit | Ligier | J.Vilnöv | Ferrari |
29.04.1979 | Xarama | J.Laffit | Ligier | P.Depaye | Ligier |
04.06.1978 | Xarama | M.Andretti | Lotus | M.Andretti | Lotus |
08.05.1977 | Xarama | M.Andretti | Lotus | M.Andretti | Lotus |
02.05.1976 | Xarama | C.Hant | McLaren | C.Hant | McLaren |
27.04.1975 | Monjuik | N.Lauda | Ferrari | Y.Massa | McLaren |
28.04.1974 | Xarama | N.Lauda | Ferrari | N.Lauda | Ferrari |
29.04.1973 | Monjuik | R.Peterson | Lotus | E.Fittipaldi | Lotus |
01.05.1972 | Xarama | J.İks | Ferrari | E.Fittipaldi | Lotus |
18.04.1971 | Monjuik | J.İks | Ferrari | C.Styart | Tyrrell |
19.04.1970 | Xarama | C.Brəbhəm | Brabham | C.Styuart | March |
04.05.1969 | Monjuik | Y.Rindt | Lotus | C.Styuart | Matra |
12.05.1968 | Xarama | K.Eymon | Ferrari | Q.Hill | Lotus |
24.10.1954 | Pedralbes | A.Askari | Lancia | M.Hotorn | Ferrari |
28.10.1951 | Pedralbes | A.Askari | Ferrari | X.M.Fanxio | Alfa Romeo |