F-1.az xatırladır ki, keçən həftə şirkət sürücülərin seçimlərini də açıqlayıb, Soft tərkibinin çox seçilməsi yarışda pit-stopların da çox olmasından xəbər verir…
Pol Hembri, Pirelli Motorsport: “İspaniya Qran Prisi həmişə təkərlər üçün ciddi imtahan olub, axı bu trasda təkərlər yüksək yüklənmələrə məruz qalırlar. Həftənin sonunda bu xüsusiyyət daha aktual olacaq, axı sürücülər yumşaq tərkiblərə üstünlük veriblər.
Əlbəttə, onlar mövsümöncəsi testlərdə topladıqları məlumatlara əsaslana bilərlər, amma may ayında biz daha isti hava gözləyirik. Beləliklə, bu həftəsonu təkərlərin daha çox yeyilməsini və dağılmasını gözləyirik, ona görə də yarışda pit-stopların sayı və deməli, strategiya variantlarının sayı çox olacaq”.