Cümə axşamı Fernando Alonso (McLaren), Lyuis Həmilton (Mercedes AMG), Kevin Maqnussen (Renault), Maks Ferstappen (Red Bull) və Toro Rosso-nun hər iki sürücüsü Daniil Kvyat və Karlos Sayns jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Siril Abitebul (Renault), Mauritsio Arrivabene (Ferrari), Robert Förnli (Force İndia), Yusuke Haseqava (Honda Motorsport), Toto Volff (Mercedes Motorsport) və Kristian Horner (Red Bull) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…