F-1.az avtodromun rəsmi saytına istinadən bildirir ki, cümə günü hava +23 dərəcəyədək qızacaq. Şənbə günü termometrlər +22 dərəcə göstərəcklər, yağışın yağma ehtimalı isə 40% təşkil edəcək. Bazar günü temperatur +21 dərəcəyədək düşsə də, yağış gözlənilmir.
Xatırladırıq ki, keçən il İspaniya Qran Prisinin bütün sessiyaları quru havada baş tutmuşdu.