Okon ilk dövrələr seriyasında arxa təkərin deşilməsi üzündən boksa qayıtmalı olub, amma mexaniklər daha ciddi nasazlıq üzə çıxarıblar və sürücü bir daha trasa qayıtmayıb. Sessiyanın əvvəlində Peres maşını tüstülənib – mexaniklərin müdaxiləsindən sonra sessiyanın sonunda Serxio trasa qayıda bilib.
Toro Rosso-nun boksunda mexaniklər Kvyatın maşını ilə uzun müddət işləməli olublar – Ferstappendən sonra bütün sazlanmaları dəyişmək lazım gəlib. Sessiyanın ikinci yarısında Qrojanın maşını sürətini itirib, sürücü özünü boksa çatdıra bilib və mexaniklərin müdaxiləsindən sonra trasa qayıda bilib.
Protokollara Sebastyan Fettel başçılıq edib – 1:23.951, bu nəticə keçən il Niko Rosberqin poulundan 0.7 saniyə sürətlidir. Kimi Rəykkönen komanda yoldaşına 0.1 saniyə uduzub. Qeyd edək ki, Mercedes AMG komandasının sürücüləri Ferrari sürücülərindən fərqli olaraq Soft təkərlərlə işləməyiblər. Ən böyük məsafəni Bottas qət edib – 36 dövrə.
Nahardan sonra sessiya davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:23.951 | – | 22 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:24.089 | + 0:00.138 | 18 |
3 | 6 | Niko Rosberq | Mercedes | 1:24.454 | + 0:00.503 | 34 |
4 | 44 | Lyuis Həmilton | Mercedes | 1:24.611 | + 0:00.660 | 33 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:25.416 | + 0:01.465 | 25 |
6 | 33 | Maks Ferstappen | Red Bull | 1:25.585 | + 0:01.634 | 29 |
7 | 77 | Valtteri Bottas | Williams | 1:25.672 | + 0:01.721 | 36 |
8 | 55 | Karlos Sayns | Toro Rosso | 1:26.078 | + 0:02.127 | 19 |
9 | 19 | Felipe Massa | Williams | 1:26.186 | + 0:02.235 | 32 |
10 | 14 | Fernando Alonso | McLaren | 1:26.243 | + 0:02.292 | 18 |
11 | 20 | Kevin Maqnussen | Renault | 1:26.576 | + 0:02.625 | 30 |
12 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:26.583 | + 0:02.632 | 21 |
13 | 27 | Niko Hülkenberq | Force India | 1:26.938 | + 0:02.987 | 27 |
14 | 11 | Serxio Peres | Force India | 1:27.064 | + 0:03.113 | 9 |
15 | 12 | Felipe Nasr | Sauber | 1:27.253 | + 0:03.302 | 27 |
16 | 8 | Roman Qrojan | Haas | 1:27.258 | + 0:03.307 | 17 |
17 | 21 | Esteban Qutyerres | Haas | 1:27.283 | + 0:03.332 | 18 |
18 | 9 | Markus Eriksson | Sauber | 1:27.392 | + 0:03.441 | 24 |
19 | 22 | Censon Batton | McLaren | 1:27.610 | + 0:03.659 | 19 |
20 | 94 | Paskal Verlyayn | Manor | 1:28.084 | + 0:04.133 | 29 |
21 | 88 | Rio Haryanto | Manor | 1:29.052 | + 0:05.101 | 34 |
22 | 45 | Esteban Okon | Renault | – | – | 6 |