İsotta Fraschini komandası Tipo 6-nı sınaqdan keçirməyə başlayır

İtalyan avtoidman və dözümlülük yarışı həvəskarları bir vaxtlar məşhur olan İsotta Fraschini brendini canlandırıblar və biz bu adla anılan şirkətin Tipo 6 LMH Competizione hiperkarını dekabr ayında hazırlamasından danışmışdıq.

İsotta Fraschini Motori S.p.A. artıq bu il yeni maşını Le Manın 24 saatlıq marafonuna çıxarmağı planlaşdırır və bench test proqramını uğurla başa vurduqdan sonra, bu gün Vallelunqadakı İtaliya trasında ən yeni hiperkarı sınaqdan keçirməyə başlayırlar.

F-1.az xəbər verir ki, maşın FİA-nın məcburi krəş (qəza, çarpma) testlərindən uğurla keçib, onun tetsləri isə hələ qabaqdadır, lakin bu həftə, iki gün ərzində Tipo 6 real trasda ilk metrlərini qət edəcək.

Testlər üçün xüsusi prototip hazırlanıb, onun korpusu hələ rənglənməyib, hiperkarın ilkin işə salınması və bütün bort sistemlərinin yoxlanılması sınaq pilotu Mauritsio Medianiyə həvalə edilib. Mauritsio  simulyatorda maşının incə tənzimlənməsi ilə məşğul olan Michelotto Engineering-də işləyir. İsotta Fraschini-nin rəsmi sürücülərinin adları daha sonra açıqlanacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*