İnterlaqosda Qustavo Sondermannın həlak olmasından iyirmi gün keçməmiş Braziliya trasında yenə faciə baş verib – ciddi qəzadan sonra Stock Paulista seriyasının 67 yaşlı sürücüsü Paulu Kuntse hospitalda vəfat edib.
İnsident keçən bazar günü Curva do Sol döngəsində ötmədən sonra baş verib. Sürücü başından ağır zədələr alaraq komaya düşüb və dünən Hospital Alvorada klinikasında ayılmayaraq dünyasını dəyişib…