F-1.az xatırladır ki, Amerika QP-nin son dövrələrində Alonso Massaya hücum edərkən, iki sürücü təmas yaşamışdı və nəticədə Massanın təkəri deşilmişdi.
Alonso qəza haqqında bildirib ki, mümkün qədər gec əylənərək, Massanın yanına qədər gəlib. O ümid edib ki, braziliyalı sürücü onu görər: “O döngədə apeksin daxili tərəfini görmək mümkün deyil. Trasın orta hissəsində əylənirsiniz və apeks solda yerləşir.
Bəzən kor döngə girişi ola bilər. Siz hücum edirsinizsə, bunun üçün fokuslanmalısınlız. Çünki aldığınız risk böyük olur.
Buna görə də, gec əyləndim, çünki onunla yan-yana gəlmək və ya onu ötmək istədim. Bunu etməsəydim, məni görə bilməzdi. Buna görə də gec əyləndim. Heyif ki, təmas yaşadıq. Onun təkəri deşildi. Məndə də təkər diski qırıldığı üçün təkərim deşildi.
Qəza yarış insidenti idi. Hamı, ən azından stüardlar belə fikirləşirlər. Buna görə də danışılası heç nə yoxdur”.