İNG Renault F1 sponsorlar üçün məclis təşkil edib

Bu gün axşam İNG Renault F1 komandası İstanbulun ən məşhur Bice gecə klubunda məclis təşkil edib. Məclisə komandanın sponsorları, yerli […]

Bu gün axşam İNG Renault F1 komandası İstanbulun ən məşhur Bice gecə klubunda məclis təşkil edib. Məclisə komandanın sponsorları, yerli bomon və mətbuat dəvət olunub. Bosfor sahilinə açılan terrasda Renault-nun şou maşını quraşdırılıb, sürücülər avtoqraflar paylayıblar və qarşıdakı yarışdan nə gözlədiklərini söyləyiblər…

Fernando Alonso: “Biz keçən illə müqayisədə nəsə ciddi bir dəyişiklik gözləmirik. Sonuncu döngədə asfalta yatma qüvvəsinin aşağı səviyyəsinə görə sürətimiz aşağı düşəcək, bəzi sahələrdə əksinə, sliklər sayəsində sürətimiz artacaq, amma komandalar hamısı bərabər şəraitdədirlər. Ona görə də biz hamıdan sürətli olmalıyıq!”

Nelsinyo Pike: “Bu trasdan çox xoşum gəlir, mən GP2-də burda ilk qələbəmi qazanmışam. Müxtəlif döngələrlə zəngin olan mürəkkəb və çox texniki trasdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*