Hollandiyanın İNG şirkətinin mətbuat xidməti bu mövsümün sonunda Formula1-i tərk etməsi barədə rəsmi bəyanat yayıb. Söhbət Renault F1 komandası ilə əməkdaşlığından, bəzi yarışların sponsorluğundan və çempionatın traslarında reklam lövhələrinin yerləşdirilməsindən gedir…
Rəsmi bəyanatda deyilir: “İNG şirkətinin ilin əvvəlində elan etdiyi məsrəflərin azaldılması proqramına əsasən biz Renault F1 komandası ilə bağladığımız üçillik (2007-2009) müqaviləni uzatmamağı və mövsümün sonunda Formula1-də iştirakımızı başa vurmağı qərara almışıq…”