Mövsümöncəsi testlərin başlanmasına iki gün qalmış son üç ilin çempion komandası yeni maşınını və yeni adını təqdim edib – İnfiniti Red Bull Racing. Təqdimat mərasimi komandanın Milton Kinsdəki bazasında baş tutub.
Mərasimə dəvət olunan jurnalistlərə yeni maşının şəklini çəkmək qadağan olunub və təhlükəsizlik xidmətinin əməkdaşları bu qadağaya əməl olunmasına ciddi nəzarət ediblər, jurnalistlər çox narazı qalıblar – redaksiyalarda RB9-nun şəkillərini gözləyirdilər, ona görə də bəzi saytlar komandanın saytına yerləşdirilmiş videoçarxdan skrinşotlar düzəltməli olublar.
Kiçik pauzadan sonra Sebastyan Fettel və Mark Uebber RB9-un üzərindən örtüyü açıblar. Keçən illə müqayisədə maşının rəng çaları bir qədər dəyişib, yan pantonların üzərindəki Red Bull loqotipi İnfiniti-nin loqotipi ilə əvəz olunub, bənövşəyi rəng daha çoxalıb – mərasimdə dekorasiyalar da bu rəngə boyanmışdılar.
Komandanın məqsədi dəyişməyib – hər iki titulu: şəxsi hesabda titulu və Mühəndislər Kubokunu daha bir il özündə saxlamaq…
Kristian Horner, komandanın başçısı: “2012-ci il çətin və uzun mövsüm oldu, amma bizim uğurumuz bütün Red Bull kollektivinin gərgin və əzmkar əməyinin təsdiqi oldu.
Bizim bəxtimiz gətirdi: komanda vərəsəliyi qoruyub saxlaya bildi. Artıq beşinci ildir ki, bizim sürücülər bir yerdə mövsümə başlayacaqlar. Vərəsəlik bizim texniki departamanetdə də qorunur, eləcə də bütün həlləedici sahələrdə. Düşünürəm ki, bu xüsusiyyət bizim hər iki titulu daha bir özümüzdə saxlamaq istəyimizi tərənnüm edir. RB9 isə bizim komanda üçün yeni başlanğıcı bildirir.”
RB9 keçənilki şassinin üzərində qurulub. Komanda artıq neçə ildir ki, yoxlanılmış və özünü sübut etmiş uğurlu şassinin mövsümün gedişində planlı yenilənməsi sxemi üzrə işləyir. Üç ardıcıl çempion titulu seçilmiş metodun doğruluğunu təsdiq edir.
Ədrian Nyui, texniki departamentin başçısı: “RB9 təkamülün nəticəsidir. Bu dəfə reqlamentdə ciddi dəyişiklik yoxdur, əsas ciddi dəyişiklik isə yeni Pirelli təkərləri olacaq. Keçən il biz onları Braziliayda birinci sərbəst yürüşlərdə yoxladıq, amma isti havada və trasın pis vəziyyətində demək olar ki, heç nə öyrənə bilmədik.
Biz keçənilki RB8-in mənif cəhətlərini ləğv etməyə çalışdıq, amma maşında ciddi dəyişiklik olmayıb. RB9 sadəcə sələfinin təkmilləşdirilmiş davamçısıdır, amma əsas diqqət yenə də detallaradır. Başa düşdük ki, bəzi elementləri götürməklə maşının sürətini artırmaq olar.
Qarşıdakı mövsümün həlledici faktoru maşının mövsümün gedişində inkişafı olacaq. Bundan başqa biz təkərlərdən də baş çıxarmalıyıq. Keçən il hər dəfə düşünəndə ki, artıq onun işini başa düşmüşük, nəsə gözlənilməz bir hadisə olurdu. Ona görə də keçən il biz təkərlərin işini tam başa düşmədik, bu il isə üstəlik Pirelli təkərləri dəyişib. Yalnız ilk testlərdə düzgün nəticə çıxara biləcəyik.
Keçən il biz son yarışa qədər titul uğrunda mübarizə apardıq, ona görə də RB9 üzərində işə bir az gec başlamışıq, bütün qış fasiləsini gərgin işləmişik və testlərə iki gün qalmış maşını hazırlamağımız gərgin əməyin nəticəsidir.”
Üçqat dünya çempionu Sebastyan Fettel və onun komanda yoldaşı Mark Uebber qarşıdakı mövsümdə ümidlərindən danışıblar…
Sebastyan Fettel: “Çempionatın əvvəlində hamının imkanları bərabər olur – hər şey yenə də sıfırdan başlayır və bizi uzun mövsüm ərzində gərgin mübarizə gözləyir. Ən yaxşı sürücülər ən yaxşı maşınlarda çıxış edirlər, bizim rəqiblərimiz güclü komandalar və sürücülərdir. Onlardan biri Fernando Alonsodur, mən ona çox hörmət edirəm, amma mənim rəqiblərim arasında Mark da, Lyuis də, Censon da, Kimi də var.
Red Bull-dan hamı yüksək nəticə gözləyir, amma bizim özümüz daha yüksək nəticələr gözləyirik. Pressinq çox böyükdür və mən sükan arxasına qayıtmağımı həyəcanla gözləyirəm. Arxada qalan üç mövsüm mən ən güclü ola bildim, amma heç bir zəmanət yoxdur ki, biz qalib gəlməyə davam edəcəyik.”
Mark Uebber: “Qarşıdakı mövsüm komandada yeddinci ilim olacaq və mən hesab edirəm ki, bu, ciddi üstünlükdür. Əvvəlcə mən düşünümrdüm ki, bizim əməkdaşlığımız bu qədər uzunmüddətli olacaq – bizim idmanda belə stabilliyə nail olmaq çətindir.
Çox vacibdir ki, biz insanlarda həyəcan, nigarançılıq və motivasiyanı saxlaya bilirik. Bizim komanda böyük tələbləri olan balaca bir komandadır. Mən bu yeddi ildə birgə əməkdaşlığımızdan böyül ləzzət almışam və yeni mövsümün startını səbirsizliklə gözləyirəm.
Mən doğrudan da hesab edirəm ki, bu il mənim titul uğrunda mübarizə aparmaq şansım var və mənim məqsədim məhz belə olacaq, məhz bu barədə mən hər gün yuxudan oyananda düşünürəm. Komanda bilir ki, bunun üçün mənə 100% onların dəstəyi lazımdır və mən mövsümə inamla başlayıram.”
Xeres testlərdinə RB9-un sükanı arxasına birinci Mark Uebber oturacaq – avstraliyalı sürücü ilk iki günü işləyəcək, sonra onu Fettel əvəz edəcək.
Komandanın mətbuat xidməti təqdimat mərasimindən əvvəl çox maraqlı bir videoçarx hazırlayıb…