İndyCar: Skott Dikson mövsümə Texasda qələbə ilə başlayıb

Dünya avtoidmanının virtual traslardan real yarışlara tədricən qayıtması davam edir və bu gün Bakıda gecəyarısı olarkən Texas Motor Speedway oval avtodromunda İndyCar mövsümünün ilk yarışı baş tutub: düzdür, bu dəfə tribunalar azarkeşlərsiz olub...

F-1.az xarici mətbuata istinadən bildirir ki, mövsümün açılış yarışında Chip Ganassi Racing komandasının sürücüsü yeni zelandiyalı Skott Dikson finiş xəttini rəqiblərinin önündə keçib, Penske-nin nümayəndəsi Simon Pajeno ikinci yeri tutub, onun komanda yoldaşı və seriyanın cari çempionu Jozef Nyuqarden isə pouldan strat alsa da, sonda üçüncü olub.

Dikson üçün bu qələbə karyerasında 47-ci olub: 39 yaşlı sürücü artıq 20-ci mövsümünü IndyCar-da keçirir və Texas avtodromunda onu yalnız gənc komanda yoldaşı, isveçli Feliks Rozenkvist qələbədən məhrum edə bilərdi – finişə 35 dövrə qalmış gənc sürücü ikinciliyə yüksəlib və təcrübəli komanda yoldaşı üçün ciddi rəqibə çevrilib.

Lakin 191-ci dövrədə Rozenkvist sonuncu pit-stopundan qayıtdıqdan sonra Ceyms Hinçklifin arxasına düşüb və onu ötərkən səhvə yol verib və baryerlərə toxunaraq mübarizəni dayandırmalı olub.

Bundan sonra heç kim Diksonu saxlaya bilməyib, restartdan sonra Skott asanlıqla Pajeno və Nyuqardendən uzaqlaşıb və finiş xəttini birinci keçib, eyni zamanda yarışın ən sürətli dövrəsini də hesabına yazıb.

Soda Arrow McLaren SP komandasının gənc sürücüsü Oliver Eskyunun İndyCar-da olduqca uğurlu debütünü də qeyd etmək lazımdır: 23 yaşlı amerikalı 9-cu yeri tutaraq yarışı ilk onluqda bitirib. Komandanın digər sürücüsü – Pato O’Vard isə yarışı 12-ci yerdə başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*