F-1.az bildirir ki, bu dörd mərhələnin təqvimdən çıxması deməkdir: iki şəhər trasında (Sent-Pitersberq və Lonq Biçdə) və iki yarış trasında (Ostin və Birminqhəmdə) planlaşdırılan tədbirlər ləğv olunub. Bir sıra digər turnirlərin nümayəndələrindən fərqli olaraq, İndyCar rəhbərliyi yarışları daha sonraya təxirə salmaq üçün yayındırıcı ifadələrdən istifadə etməyib, yarışların təqvimdən birbaşa çıxarılması ilə bağlı son qərar verib.
Yeni versiyada İndyCar seriyasının builki təqvimi 13 mərhələdən ibarətdir, onlardan birincisi məşhur ovalın içərisində keçirilən İndianapolis Qran Prisidir – yarış mayın 9-a planlaşdırılıb.