İndyCar: Alonso ilə müqaviləyə Honda veto qoyub

Bu yaxınlarda Fernando Alonsonun İndyCar çempionatnda çıxış edən Andretti Autosport komandası ilə müqavilə bağlaması barədə praktiki olaraq artıq yekunlaşmş kimi danışdılar, ancaq İndy 500 yarışında ispaniyalı sürücünün iştirakı ilə məsələdə gözlənilməz dönüş baş verib.

F-1.az Racer nəşrinə istinadən bildirir ki, sözün həqiqi mənasında son anda Honda şirkətinin Amerika şöbəsinin yarış bölməsi olan Honda Performance Development veto səlahiyyətindən istifadə edib və Maykl Andrettinin komandasına Alonso ilə işləməyi qadağan edib. Çox güman ki, bu qərar Yaponiya konserninin Tokio qərargahının sifarişi ilə verilib. Yeri gəlmişkən, Fernando may ayında baş tutacaq İndy 500 yarışından sonra da oval traslarda olmayan İndyCar-ın daha bir neçə mərhələsində iştirak etmək niyyətini bildirmişdi və bu barədə də Andretti Autosport-la danışıqlar aparırdı.

Hələlik nə Honda, nə də Andrettinin komandası vəziyyətlə bağlı heç bir açıqlama verməyiblər.

Əgər hər şey Racer-in yazdığı kimi olarsa, Alonsonun təcili olaraq Chevrolet mühərriklərindən istifadə edən komandalarla danışıqlara başlamaqdan başqa çarəsi yoxdur. Hərçənd, belə bir mühərriki olan McLaren maşını ilə keçənilki uğursuzluğu da unutmaq mümkün deyil, düzdür, keçən il problem mühərrikdə yox, məhz maşında idi. Çünki keçən il İndy 500-dəki qələbəyə Chevrolet mühərrikli Penske komandasının sürücüsü Simon Pajeno sevinmişdi.

Andrettinin komandası çətin vəziyyətdə qalıb: birincisi, komandada vakansiya yaranıb, ikincisi, ikiqat dünya çempionu adı ilə cəlb olunan bir sıra sponsorlarla razılaşmalar əldə edilmişdi.

Alonsoya gəldikdə, elə də çox alternativ variant yoxdur. Bəlkə, dəyişən şərtləri nəzərə alsaq, Arrow McLaren SP komandasına xidmətlərini yenidən təklif edə bilər – hərçənd, ispaniyalı artıq Vokinq komandası ilə də bütün əlaqələrini kəsdiyini elan etmişdi…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*