İndoneziya hökuməti Haryanto üçün 10 milyon funt sterlinq ödəməyi qəbul edib

İndoneziyalı gənc pilot Rio Haryanto Formula1-də debüt etmək üçün yaxşı şans əldə edib.

F-1.az xəbər verir ki, İndoneziya gənclər və idman naziri İmam Nahravi bildirmişdi ki, Haryantonun Manor komandasının tərkibində Formula1-də mübarizə apara bilməsi üçün 15 milyon funt sterlinq tələb olunur.

Tələb olunan məbləğin 5,2 milyon funt sterlinqlik hissəsini pilotun sponsoru Pertamina şirkəti ödəyəcək. Cümə günü keçirilən yığıncaqda qalan 9,8 milyon funt sterliqlik hissənin ödənilməsini hökumət öz boynuna götürüb.

Bu barədə rəsmi açıqlama da verilib: “Bəli, Rionun Formula1-də debütü üçün lazım olan məbləği İndoneziya hökuməti və Pertamina şirkəti ödəyəcək”.

Haryantodan başqa, Verlyayn, Stivens, Rossi və Maqnussenin də adı komanda ilə hallanır.

Qeyd edək ki, Rio Haryanto 2012-ci ildən bəri GP2-də mübarizə aparır. Keçən mövsüm Campos Racing komandasının tərkibində 3 qələbə qazanıb, 5 dəfə podiuma yüksələn pilot mövsümü 4-cü yerdə başa vurub.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*