F-1.az xəbər verir ki, Formula1-in rəhbəri Stefano Domenikali yarışın 2023-cü ildə başqa tarixlərdə keçirilə biləcəyinə şübhə edir, buna görə də o, təzminat kimi İmola ilə müqaviləni daha bir mövsüm uzatmağı düşünür.
Stefano Domenikali: “2023-cü ildə mövsümün gərgin təqvimini nəzərə alsaq, İmola mərhələsini başqa tarixlərdə keçirə biləcəyimizə şübhə edirəm. Ancaq Qran Prinin təşkilində əməyi keçənlərə mənəvi borcumuz var, buna görə də lazım olanı edəcəyik. Ola bilsin ki, builki yarış baş tutmadığına görə bunu kompensasiya etmək məqsədilə İmola ilə müqaviləni 2026-cı ilədək uzadaq. Bu variant müzakirə olunur”.
Xatırladaq ki, biz Angelo Stikki Damyanin də bu addımın atılacağına ümid etdiyini yazmışdıq.
Pandemiya dövründə yarışı təşkil edə bilməyən bir çox trasla müqavilə avtomatik uzadılmışdı ki, onlardan biri də məhz İmola idi.