İmolada tufan gözlənilir

İtaliyanın şimalındakı bütün ərazi - bu həftə eyniadlı Qran Prinin keçiriləcəyi Emiliya-Romanya güclü yağışlar zonasında olub.

F-1.az rəsmi qaynaqlara istinadən bildirir ki, yağıntılar bu gün – mayın 16-da, həmçinin sabah da davam edəcək. Həftənin sonu üçün hələlik dəqiq hava proqnozu yoxdur, lakin leysanların davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Emiliya-Romanya Qran Prisi mayın 19-dan 21-dək İmolada keçiriləcək. Əvvəlcə hətta yarışın hava şəraitinə görə ləğv edilmə ehtimalı var idi. Lakin bu təkzib edilmişdi. Təzəlikcə isə regionun rəhbəri hava şəraitinə baxmayaraq, yarışın baş tutacağını bildirib.

Xatırladaq ki, keçən il də burada cümə və bazar günlərində sürücülər yağışlı hava ilə qarşılaşmışdılar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*