İmolada sıralanma turu yeni qaydalarla keçiriləcək

FİA bu gün elan edib ki, qarşıdakı həftəsonu çərşivəsində Emiliya Romanya Qran Prisinin sıralanma turu yeni qaydalara əsasən keçiriləcək.

F-1.az xəbər verir ki, dəyişikliklər hər bir sürücü üçün mövcud olan təkər dəstlərinin sayı və onların trasda hansı ardıcıllıqla istifadə edə biləcəyi ilə bağlıdır.

İmola mərhələsinə qədər sürücülərin ixtiyarında 13 dəst slik (2 + 3 + 8) olurdusa, indi onların ixtiyarında 11 dəst slik olacaq – 3 Hard, 4 Medium və 4 Soft. Yeni sxem hər bir sürücü üçün mövsümdə 46 dəst slikə qənaət edəcək. 20 sürücüdən ibarət şəbəkə ilə Pirelli indi mövsümdə 920 dəst az təkər daşıyacaq. Bu da öz növbəsində İtaliya təkər istehsalçısına karbon neytrallığına nail olmaq məqsədinə bir addım yaxınlaşmağa imkan verəcək.

Mövcud təkərlərin sayının dəyişməsi ilə əlaqədar olaraq təsnifat mərhələsində təkərlərdən istifadə qaydaları da dəyişəcək. İndi birinci sessiyada sürücülərdən yalnız Hard tərkibindən, ikincidə – yalnız Medium, finalda isə yalnız Soft təkərlərdən istifadə etmələri tələb olunur.

Yağış və keçid təkərlərin istifadəsi qaydaları, eləcə də hər bir sürücü üçün mövcud olan bu dəstlərin sayı dəyişmir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*