F-1.az xəbər verir ki, Formula1-in yarış direktoru Çarlı Uaytinq trası yoxlayıb və vəziyyət onu qane edib. Trasın rəhbəri Uberto Estense bildirib ki, son sözü İtaliya Avtomobil Klubu (ACİ) deməlidir: “Ümid edirəm ki, tezliklə milli federasiyadan da müsbət cavab alacağıq. Biz ACİ-nin prezidentinə verdiyimiz vədləri artıq reallaşdırmışıq”.
Çox güman ki, Estense ACİ-nin prezidenti Anjelo Damyani Stikkinin verdiyi vədə işarə edir: İtaliya Qran Prisinin keçirilməsi hüququ Montsada qalarkən, Anjelo demişdi ki, nə vaxtsa yarış keçirmək növbəsi İmolaya da çatacaq…
Qeyd edək ki, İmola Formula1-ə sonuncu dəfə 2006-cı ildə ev sahibliyi edib. Aradan keçən 11 il ərzində tras ciddi dəyişikliklərə məruz qalıb.