F-1.az xatırladır ki, 2019-cu ilə qədər Formula1 təqvimində sadəcə 1 İtaliya Qran Prisi var idi. Lakin keçən il pandemiyaya görə bəzi yarışlar ləğv olunmuş və təqvimə yeni traslar əlavə edilmişdi. Bu yarışlardan biri də İmolada idi. Bu il də pandemiyaya görə Çin Qran Prisi ləğv olundu və o yarışı İmola əvəz etdi. Builki yarış maraqlı keçib və buna görə də təşkilatçılar təqvimdə daimi olaraq qalmaq istəyirlər.
Luici di Mayo: “İtaliyanı tanıdan bu tədbirdən razıyam. İmola yarışına inandıqları üçün bölgənin rəhbəri Bonaççiniyə və Emiliya Romanya əhalisinə təşəkkür edirəm. Gələn il orada daha bir yarış keçirmək istəyirik. Montsa ilə birlikdə təqvimdə qalmaq istəyirik. Bu traslar Formula1-in tarixidir. İmolanı muzey kimi yox, idmanın gələcəyi kimi görmək istəyirik. Bu yarışı təqvimdə saxlamaq üçün əlimizdən gələni edirik. Ümid edirəm ki, builki yarış azarkeşsiz keçən son yarışdır və növbəti illər yenidən azarkeşləri tribunalarda görərik. Bu, vaksinasiyadan asılıdır”.