F-1.az bildirir ki, əfsanəvi İmola trasının rəhbərliyi İtaliyada ardıcıl 3 yarışın keçirilməsini təklif edib. Qeyd edək ki, ilk 8 yarışı elan edilən təqvimin davamının Avstriyadakı ilk yarış günlərində açıqlanacağı gözlənilir və biz bu il qeyd edilən iki trasdan ən azı birində Formula1 pilotlarının mübarizəsini izləyə bilərik.
Uberto Selvatiko Estense, İmola trasının rəhbəri: “Formula1 və İmolanın tarixləri bir-biri ilə əlaqəlidir. Buna görə fəxr etməliyik və unutmamalıyıq. Yaranmış böhranla bağlı bölgəyə kömək etməyə çalışırıq və əlimizdən gələni edirik. Bununla əlaqədar çalışırıq ki, İmolada bu il aparıcı seriyalar baş tutsun.
Ən məntiqli həll yolu İmola da daxil olmaqla, bir çox trasda müxtəlif yarışlar təşkil edərək diqqətləri ölkəyə cəlb etməkdir. Montsa və Mucello ilə birlikdə Formula1-i qəbul etmək də buna daxildir. Bunun üçün yerli idarəedicilər və Formula1 rəhbərliyi ilə birlikdə çalışırıq. Ümid edirəm ki, ölkə rəhbərliyi də namizədliyimizi dəstəkləyəcək”.