İmola rəhbərliyi şikayətini geri götürüb

İtaliya Qran Prisini təşkil etmək istəyən, lakin İtaliya Avtomobil Klubunun (ACİ) Montsaya verdiyi dəstəyi özlərinə verməməsinin qanunlara zidd olduğunu hesab edən tras rəhbərliyi məhkəməyə müraciət etmişdi.

F-1.az bildirir ki, 26 oktyabra planlaşdırılan məhkəmənin baş tutmama səbəbi açıqlanıb. İmola rəhbərliyi şikayətini geri götürdüyündən, məhkəməyə ehtiyac qalmayıb.

Berni Ekklstoun Montsanın təqvimdə qalacağını bildirsə də, rəsmi müqavilə hələ bağlanmayıb. ACİ-nin 3 illik müqavilə üçün 68 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Mövzu ilə bağlı Montsa trasına yaxın mənbələrdən bildirilib: “İmola rəhbərliyi şikayətini geri götürdüyü üçün məhkəmə olmadı. Beləliklə, Formula1 rəhbərliyi ilə danışıqlar aparmağımız üçün daha yaxşı şərait yarandı. Dekabrın əvvəlinə qədər hər şey dəqiqləşəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*