İmola daha 4 il təqvimdə olacaq.

Son iki ildə Formula1-i qəbul edən İmola trası Formula1 ilə yeni dördillik müqavilə imzalayıb.

F-1.az bildirir ki, gələn ilin təqviminin ilkin versiyası hələ oktyabrın 15-də dərc olunacaq. Amma artıq təqvim barədə bəzi fikirlər formalaşmaqdadır.

Bu gün məlum olub ki, çempionatın təşkilatçıları və İmola trasının (Enzo və Dino Ferrarilərin adına avtodrom) sahibləri yeni müqavilə imzalayıblar.

Əfsanəvi tras hələ 4 il bizi sevindirəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*