İlk yarışlarda sürücülər yanacağa qənaət etməli olacaqlar?

Artıq mövsümöncəsi testlər arxada qalıb. Komandalar 8 test günü ərzində topladıqları məlumatları təhlil etmək üçün bazalarında gərgin işləməyə yollanıblar.

Formula1 komandalarının mühəndisləri ehtiyat edirlər ki, mövsümün ilk yarışlarında yanacaq məhdudiyyətinə əməl etmək olduqca çətin olacaq. 2017-ci ildə maşınların və təkərlərinin ölçülərinin dəyişməsi nəticəsində maşının havaya qarşı müqaviməti 10% artıb, çoxalan asfaltayatma qüvvəsi və təkərin asfaltla ilişməsi isə imkan verir ki, sürücülər döngədə daha gec əyləcə bassınlar, döngədə sürətli olsunlar və daha tez sürətlənməyə başlasınlar. Bütün bu hərəkətlər yanacaq sərfiyyatını artırıb.

F-1.az xatırladır ki, əlavə sərfiyyatı kompensə etmək üçün qaydalarda dəyişikliklər edilib – bu ildən yarışın gedişində istifadəyə icazə verilən yanacaq miqdarı 5 kq artırılaraq 105 kq-a (142 litrə) çatdırılıb. Amma Barselona testləri göstərib ki, bu miqdar da kifayət etməyə bilər – Mercedes, Ferrari, Renault və Honda motorçuları daha böyük sərfiyyatla üzləşiblər.

Çox güman ki, mövsümün gedişində bu problemi müəyyən yollarla həll etmək mümkün olacaq, lakin mövsümün ilk yarışlarında problemlər gözləniləndir – xüsusən də, çoxsaylı sürətlənmələrlə zəngin olan Melburn, Bəhreyn və Soçi traslarında sürücülər yanacağa ciddi qənaət etməli olacaqlar.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*