F-1.az xəbər verir ki, Ferrari-də Robert Şvartsman Karlos Saynsın maşınının sükanı arxasına əyləşəcək, Red Bull-da isə Liam Louson altmış dəqiqə ərzində Maks Ferstappeni əvəz edəcək. Robert Kubitsa Alfa Romeonun sükanı arxasına qayıdaraq Quanyu Çjounun yerinə məşqdə işləyəcək.
Cək Duhən Fernando Alonsonun Alpine-ni idarə edəcək, Pyetro Fittipaldi Haas-da Mik Şumaxeri əvəz edəcək, Loqan Sarcent Williams pilotu Nikolas Latifini əvəz edərək komanda ilə işini davam etdirəcək.
İki sürücü yarış həftəsonunun rəsmi sessiyası çərçivəsində Formula1-də debüt edəcək. Aston Martin-də Felipe Druqoviç Ləns Strollu əvəz edəcək, Pato O’Vard isə McLaren-də Lando Norrisin əvəzinə sükan arxasına oturacaq.