Əgər sabah Apelyasiya Məhkəməsi ikimərtəbəli diffuzorların istifadəsinə qadağa qoysa belə mövsümün ilk iki yarışının yekun nəticəsinə yenidən baxılmayacaq – britaniyalı ekspert Alan Henri belə hesab edir.
Avstraliya Qran Prisi ərəfəsində stüardlar Ferrari, Renault və Red Bull komandaalrının protestini rədd etmişdilər, bu komandalar Brawn GP, Williams və Toyota maşınlarının texniki reqlamentə uyğun gəlmədiklərini hesab etmişdilər. Məlum hüquqi prosedurlara əsasən bu məsələ FİA-nın Apelyasiya Məhkəməsinə ötürülmüşdü. Bri həftə sonra isə BMW komandası da protestantlara qoşulmuşdu. Əgər sabah keçiriləcək məhkəmə iclasında diffuzorlar qadağan olunrsa, Henrinin fikrincə, federasiyanın maksimum tətbiq edəcəyi sanksiya – Çin Qran Prisinin başlanmasına kimi mübahisəli maşınların konstruksiyasına zəruri dəyişikliklərin edilmə tələbi olacaq.
Amma Brawn GP komandasının başçısı Ross Braun sakitliyini saxlayır: “Apelyasiya Məhkəməsi stüardların qərarını araşdıracaq. Bəzi komandalar bu qərardan naarzı qalıblar, amam bizim başa düşdüyümüzə görə, bizim diffuzorlar reqlamentə tam uyğundur. Əgər məhkəmə qərara alsa ki, biz reqlamenti səhv yozmuşuq, onda inanmıram ki, federasiya ilk iki yarışın nəticəsini ləğv etsin, çünki bizə rəsmən deyilmişdi ki, bizim maşın qaydasındadır.”
Qarşıdakı günlər çox gərgin olacaq: əgər məhkəmə diffuzorları leqal hesab etsə, onda digər komandalar təcili maşınlarının konstruksiyasını dəyişməli olacaqlar, bu isə əlavə xərc, qüvvə və vaxt tələb üsdir.”