F-1.az bildirir ki, cihaz titandan hazırlanacaq və öz çəkisi 6 kiloqram, şasiyə montaj funksiyaları ilə birlikdə isə 10 kiloqram olacaq. Halo bu il Formula1 və Formula2-də, gələn ildən isə Formula E-də istifadə olunmağa başlanacaq. Bu cihazı ilk olaraq Almaniyanın CP Tech şirkəti istehsal edəcək. Şirkətin çıxardığı ilk prototiplər 225 km/saat ilə gələn təkəri sovuşdura bilib və beləliklə, razılıq əldə edilib. Halonun qiyməti 12700 avro olacaq.
İlk Halo istehsalçısı təqdim edilib
FİA mövsümöncəsi testlərin başlanmasına 6 həftə qalmış ilk Halo istehsalçısının adını açıqlayıb.