Rəqəmlərə baxdıqda görürük ki, Fernando Alonso bu cəhətdən hələ ki, liderdir. Geridə qalan 14 yarışın startlarında qazandığı və itirdiyi yerləri hesabladığımızda görürük ki, o, +27 nəticəsini göstərib. Yəni, 27 yer “irəli düşüb”. Ən pis nəticə isə -30 ilə Kimi Rəykkönendədir. Mercedes AMG, Ferrari və Red Bull pilotlarının hamısında bu göstərici mənfidir.
F-1.az saytı MotorSport.com-a istinadən bu statistikanı təqdim edir.