İlk dəfə F1 bolidi sürən Elbon şoka düşüb

Toro Rosso komandasının sürücüsü Aleksander Elbon ilk Formula1 bolidi təcrübəsində əylənib.

F-1.az bildirir ki, 22 yaşlı sürücü testlərin ikinci günündə ilk dəfə STR14-ün sükanı arxasına keçib. Elbon ilk dövrəsində yerində fırlanıb çınqıllığa çıxsa da, daha sonra 132 dövrə tamamlayıb və günü 4-cü yerdə bitirib.

Aleksander Elbon: “Bu gün həyatımın ən gözəl təcrübələrindən birini yaşadım. Doğrudan da gözəl gün idi. Əvvəlcə öz-özümə “bu gün yerində fırlanma” desəm də, ilk dövrədə bunu etdim. Tras çox soyuq idi və yavaş sürə bilmirdim. Çünki yavaşlayanda təkərlər soyuyur. Öz -özümə dedim ki, Kimi də dünən yerində fırlanmışdı. Buna görə az da olsa, rahatladım. Daha sonra yaxşı idi və gözəl təcrübə idi. Bu yüksək sürət mənimçün yenidi və şoka düşdüm. Ancaq həzz alırdım. Ritmi tutduqdan sonra gözəl gün oldu. Bir neçə yerimdə fırlanmanı saymasam, problem yaşamadıq. Lakin maşınımın potensaılını görmək istəyirəm. Maşından düşəndə hələ də gülürdüm və səhərə qədər güləcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*