İlin ən gözəl anı Rasselin qələbəsi seçilib.

Mercedes komandasının sürücüsü Corc Rasselin Braziliyadakı qələbəsi ilin ən gözəl anı seçilib.

F-1.az xatırladır ki, bu yarışda britaniyalı sürücü həm karyerasının ilk qələbəsini qazanmış, həm də komandası Mercedes-ə mövsümdəki ilk qalibiyyəti gətirmişdi.

24 yaşlı pilot bu qələbədən əvvəl sprint yarışında Ferstappeni məğlub edərək birinci yeri tutmuşdu. Beləliklə, Corc bu mövsümün ən gözəl anı nominasiyasında Nik de Vrizin İtaliyada xal almasını qabaqlayıb.

Corc Rassell: “Bu mənim üçün inanılmaz an idi. Bizim Braziliyada gözəl fürsətimiz var idi və yarışı nəzarətdə saxladıq. Təhlükəsizlik maşını çıxandan sonra həmilton arxamda idi və onunla mübarizə aparmaq bəsit deyildi”.

Rassell bununla da mövsümü yeddiqat Dünya Çempionu komanda yoldaşı Lyuis Həmiltonun önündə bitirib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*