F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunda turbo problemi yaşamış və 20-ci olmuşdu. Lakin dördqat Dünya Çempionu vətənindəki xaotik yarışı ikinci yerdə bitirərək, Kanada yarışından sonra ilk dəfə podiuma yüksəlib.
Mattia Binotto: “Çox dəlisov və xaotik yarış idi. Sebə görə xoşbəxtik. Məncə, burada gözəl həftəsonu keçirtməsi vacib idi. Sıralanma turunda məyus olmuşdu. Sonuncu yerdən başlasa da, ikinci oldu və onunçün yaxşı motivasiya olacaq. Podiumda xoşbəxt idi. Bu uğuru növbəti yarışlarda ona kömək edəcək. Sıralanma turunda gözlənilməz hadisələrlə üzləşdik. Utancvericidir. Güclü olduğumuz həftəsonunda belə halların yaşanması çox pisdir”.