İki sürücünün maşınında güc qurğusunun elementləri dəyişdirilib

Hər yarış həftəsonu başlamazdan əvvəl sürücülərin hansı güc qurğusu elementindən neçə ədəd istifadə etdiyi barədə məlumat verilir.

Lakin demək olar ki, hər dəfə həftəsonunun gedişində bu say dəyişilir.

F-1.az xəbər verir ki, bu gün Monrealda iki sürücünün maşınına yeni güc qurğusu elementləri yerləşdirilib.

Alpine komandası Pyer Qaslinin güc qurğusunda daxili yanma mühərrikini, turbini, MGU-H, MGU-K generatorlarını və qazburaxma sistemini dəyişib. Haas komandasında isə Niko Hülkenberqin maşını yeni MGU-K generatoru ilə təchiz edilib.

Bütün dəyişikliklər mövsüm ərzində icazə verilən limitlər daxilində aparılıb, buna görə də sürücülərdən heç biri cərimə olunmayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*