İki komanda Xeresdə təkər testinə qoşulacaq

Mercedes və Aston Martin komandaları fevralın 7 və 8-də İspaniyanın Xeres trasında təkər testi edəcəklər.

F-1.az bildirir ki, testlərdə Pirelli-nin quru təkərləri yoxlanılacaq və sükan arxasına Fernando Alonso, Lyuis Həmilton və Corc Rassell keçəcək. Burada 2024-cü ilin təkərləri üçün məlumatlar toplanacaq. Komandalar bu testlərə 2022-ci ilin maşınları ilə çıxacaqlar.

Aston Martin komandasında sükan arxasıan Fernando Alonso keçəcək. İkiqat Dünya Çempionu daha əvvəl Əbu Dabidəki mövsümsonu testlərdə sürdüyü AMR22-nin sükanı arxasına keçəcək.

Mercedes-də isə sükan arxasına Həmilton və Rassell keçəcək. Onlar 2022-ci il bolidi W13-ün sükanı arxasına keçəcək. Bununla hər üç sürücü 2 ay yarımdan sonra bolid sürərək, paslarını atacaqlar.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*