İ.Rueda: Ferstappeni erkən pit-stopa məcbur etdik

Ferrari-nin baş strateqi İnaki Rueda bilririb ki, Avstriyada Maks Ferstappeni erkən pit-stopa məcbur ediblər.

F-1.az xatırladır ki, Lekler Avstriya yarışına ikinci yerdən başlasa da, tezliklə rəqibi Ferstappeni təzyiq altında saxlamağa başlayıb. Daha sonra isə niderlandlı rəqibini asanlıqla keçib. Təkəri yeyilən Maks isə erkəndən pitə yollanmalı olub.

İnaki Rueda: “Yarışdan əvvəl bilirdik ki, əsas amil təkər yeyilməsinə nəzarət etmək olacaq. Soft təkərlər yarış üçün çox dözümsüz idi. Medium və Hard təkərlər arasında seçim etməli olduq. Yarışda iki ya da üç pit-stop planlaşdırmışdıq. Bazar günü əsas hədəf Ferstappeni çaş-baş salmaq idi. Maksı erkəndən pit-stopa yollamaq üçün ona təzyiq göstərməyə çalışırdıq. Şarl əla təzyiq göstərdi və Ferstappeni qabaqladı. Karlos da onu keçəcəkdi, amma Maks 13-cü dövrədə pitə getməli oldu. Hədəfimizə çatdıq.

Yarışın sonlarında Karlos mübarizəni dayandırdıqdan sonra Leklerlə nə edəcəyimizi düşündük. Ya trasda qalacaqdıq ya da pitə girib Medium götürəcəkdik. Maksın təkərləri yeyilmişdi. Onu pit gözləyirdi. O pitə gəlib Mediuma keçdi. Biz də eyni addımı atdıq.

Sona 12 dövrə qalmış Şarlın pedalında kiçik problem üzə çıxdı. Şarl bununla mübarizə aparıb finişə çata bildik. Növbəti yarışlarda da yaxşı nəticə qazanmaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*