İ.Kapelli Montsa barədə qərarın tezliklə verilməsini istəyir

Sabiq Formula1 sürücüsü gələn il Montsada yarışın keçirilməsi üçün lazım olan müqavilənin gecikməyəcəyinə ümid edir.

F-1.az xatırladır ki, İtaliya Qran Prisinin gələcəyi ilə bağlı uzun müddət müxtəlif fikirlər səsləndirilmiş, hətta Montsanı başqa trasın əvəz edəcəyi deyilmiş, lakin bütün bu söhbətlər Berni Ekklstounun Montsa rəhbərliyi ilə yeni müqavilə imzalayacaqlarını deməsi ilə səngimişdi. Formula1-in rəhbəri rəsmi müqavilənin tezliklə imzalanacağını demişdi, lakin italyan qəzeti Corriere della Sera-nın xəbərinə görə, hələ imzalanmayıb.

İvan Kapelli, Milan Avtomobil Klubunun başçısı: “Ekklstounu anlamaq çətindir. Ümid edirəm ki, bu tapmacaya tezliklə cavab tapılar. Müqavilə vaxtında imzalanar və Montsa trasının təqvimdəki yeri dəqiqləşər”.

Qeyd edək ki, Montsa rəhbərliyi ilə rəsmi razılığın olmamasına baxmayaraq, FİA-nın açıqladığı ilkin təqvimdə sadəcə Kanada, Almaniya və Braziliya Qran Prilərinin təsdiqlənmədiyi bildirilmişdi…

 

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*